Rövnəq Abdullayev: “Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi sentyabrın 20-də keçiriləcək"

"Cənub Qaz Dəhlizi"nin təməlqoyma mərasimi sentyabrın 20-də keçiriləcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. R. Abdullayev bildirib ki, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi vasitəsilə "Şahdəniz" yatağından hasil olunan təbii qaz "Səngəçal" terminalına çatdırılacaq, oradan isə Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

R. Abdullayev qeyd edib ki, 2015-ci ilin əvvəlində Türkiyədə Trans-Anadolu boru kəməri (TANAP) layihəsinin təməlqoyma mərasimi keçiriləcək: "Artıq bununla bağlı planlaşdırılma, geologiya işləri aparılır. Lazımi tenderlər elan olunub. Tikinti və yaşayış üçün düşərgələr salınıb. Aprelin ilk günlərindən isə sahə işlərinə başlanacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə