Azərbaycanda xüsusi iqtisadi zona yaradıla bilər

Türkiyə sənaye sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Qardaş ölkə Azərbaycanda xüsusi iqtisadi zona yarada bilər. Bunu Bakıda səfərdə olan Türkiyənin iqtisadiyyat naziri Zafer Çağlayan mətbuat konfransında çıxışı zamanı bildirib.

Z.Çağlayanın sözlərinə görə, bu yaxınlarda onun dəvəti ilə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik edəcəyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək. Bu səfərin ardından qısa bir vaxt ərzində Z.Çağlayanın Azərbaycana cavab səfəri olacaq.

"Bu növbəti görüş şərçivəsində biz Sumqayıt texnoloji parkını ziyarət edəcəyik. Türkiyə sənaye zonaları yaratmaqda zəngin təcrübəyə malikdir və Azərbaycanla da bölüşməyə hazırdır", - deyə Türkiyənin iqtisadiyyat naziri Zafer Çağlayan mətbuat konfrasında söyləyib.

Sumqayıt texnoloji parkına ziyarətlə bağlı nazir əlavə olaraq qeyd edib ki, orada Türkiyənin xüsusi iqtisadi zonasının (Türk Özel Ekonomi Bölgesi) inşa edilməsi istisna edilmir. Tərəfdaş ölkələrdə bu cür zonaların yaradılması Türkiyə biznesinin xaricdə inkişaf etdirilməsi siyasətinin əsas istiqamətlərindən biridir.

Qeyd edək ki, ötən gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin II görüşü keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...