"Hazırda respublika üzrə 48 mehmanxana və mehmanxana tipli obyektin tikintisi aparılır". SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün yay turizm mövsümünün açılışında çıxışı zamanı deyib.

Nazir bildirib ki, eyni zamanda hazırda "Şahdağ qış-yay turizm kompleksi" kimi böyük layihənin reallaşdırılması prosesi davam etdirilir: "Məqsədimizə nail olmaq üçün isə əsas hədəflərdən biri bu obyektlərdə xidmət sahəsində çalışacaq müxtəlif peşələr üzrə bacarıqlı kadrların hazırlanmasıdır. Bu sahədə işçilərin peşə hazırlığı səviyyəsinin artırılmasını təmin etmək məqsədilə dövlət başçısının tapşırığı ilə Bakı şəhərində və Qusar rayonunda turizm sahəsində yeni Təlim Mərkəzlərinin yaradılması işləri aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə