Rövnəq Abdullayev: \"Qazdan zəhərlənmə və boğulma hallarının aradan qaldırılması ARDNŞ-nin səlahiyyətində deyil\" - MÖVQE

"Son vaxtlar dəm qazından zəhərlənmə və boğulma faktlarının artmasından narahatıq. Amma belə halların aradan qaldırılması rəhbəri olduğum qurumun səlahiyyətində deyil". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti dəm qazından zəhərlənmələrin sayının artması məsələsinə münasibət bildirərkən deyib.

O bildirib ki, binalarda havalandırma sistemlərinin işləməməsi dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur. "Qazdan boğulma hallarının ARDNŞ-a heç bir aidiyyəti yoxdur. Bu hallar əsasən tüstü bacalarının tutulması nəticəsində baş verir. Kiminsə tüstü bacası tutulub ölürsə, bu bizim günahımız deyil. Binaların ventilyasiya sisteminin təmizlənməsi ARDNŞ-nin səlahiyyətində deyil. Bu işdə abonentlər tədbirlər görməli, mənzil-istismar idarələrinə və müvafiq qurumlara vaxtında müraciət etməlidirlər. Yaşayış binalarındakı tüstü bacalarını ARDNŞ deyil, müvafiq MİS-lər təmizləməlidirlər", - deyə R.Abdullayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə