Neftin qiyməti ucuzlaşıb
Sentyabr 5-də Londonun ICE Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin oktyabr fyuçerslərinə olan dəyəri 1,96 dollar azalaraq 112,33 dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin oktyabr fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki, WTI markalı neftin oktyabr fyuçerslərinə olan qiyməti 2,48 dollar azalaraq 86,45 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə