Neftin qiyməti ucuzlaşıb
5 Sentyabr 2011 10:39 (UTC+04:00)
Sentyabr 5-də Londonun ICE
Futures əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində
Brent markalı neftin oktyabr fyuçerslərinə olan dəyəri 1,96 dollar azalaraq 112,33
dollar təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında
WTI markalı neftin oktyabr fyuçerslərinə olan qiyməti də azalıb. Belə ki, WTI markalı neftin oktyabr fyuçerslərinə olan qiyməti 2,48 dollar azalaraq 86,45 dollar olub.