Türkiyenin ixrac həcmində artım qeydə alınıb

Türkiyə Dövlət Statistika Komitəsi və Ticarət Nazirliyinin əməkdaşlığı ilə hazırlanan müvəqqəti xarici ticarət hesabatı açıqlanıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Ümumi Ticarət Sistemi (GTS) daxilində ixracat bir əvvəlki ilin oktyabr ayına müqayisədə 3 faiz artaraq 21 milyard 328 milyon dollara çatdı.

Yanvar-oktyabr dövründə isə ixrac əvvəlki ilin müvafiq dövrünə müqayisədə 15,4 faiz artaraq 209 milyard 394 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə