Bəxtiyar Vahabzadənin 95 illiyi münasibətilə virtual sərgi və videoçarx hazırlanıb

Avqustun 16-sı Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 95-ci ildönümü tamam olur. SİA-nın məlumatına görə, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası virtual sərgi tərtib edib. Sərgidə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli Bəxtiyar Vahabzadənin həyat və yaradıcılıq tarixləri, mükafatları və xatirəsinin əbədiləşdirilməsi barədə əhatəli məlumat verilir. Şairin əsərləri, xaricdə çap olunmuş kitabları, onun haqqında Azərbaycan və xarici dildə çap olunmuş kitablar, dövri mətbuatda haqqında olan məqalələr də virtual kitab sərgisində öz əksini tapıb. Sərgidə, həmçinin Bəxtiyar Vahabzadənin fotoqalereyasına da yer ayrılıb.

Bundan əlavə, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Bəxtiyar Vahabzadənin “Təklik” və “Ürək” şeirlərinə videoçarx da hazırlayıb. Videoçarxda şairin “Təklik” şeiri həzin musiqi sədaları və görüntülərlə səsləndirilib.

Sözügedən materialları izləmək arzusunda olan izləyicilər https://www.instagram.com/p/CD3MbUgBOqZ/

https://www.instagram.com/p/CD3Qi-6h7dd/ linklarından yararlana bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...