Nəsiminin 650 illik yubileyinə həsr olunan şeir müsabiqəsinə yekun vurulub

Bakı şəhər Mədəniyyət Baş İdarəsi böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Bakının rayon mərkəzləşdirilmiş kitabxana sistemləri arasında şeir müsabiqəsinin keçirilməsi haqqında qərar qəbul etmiş və Əsasnamə təsdiq etmişdir.

SİA-nın məlumatına görə, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış Azərbaycanın böyük şairi İmadəddin Nəsimiyə həsr olunan şeir müsabiqəsinə yekun vurulub. Müsabiqədə paytaxtımızın bütün rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin yerli seçim turuna qatılan və yüksək bal toplayan 22 istedadlı şagird iştirak edib.

Şagirdlərin ifasında Nəsiminin qəzəllərindən nümunələr səsləndirilmişdir. Oxucuların ifaları münsiflər heyəti tərəfindən qiymətləndirilmiş, yekunda 3 qalib seçilmiş və onlar Diploma layiq görülüblər. Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxucuları 173 №-li tam orta məktəbin 6-cı sinif şagirdi Kazımlı Fatimə Ənvər qızı Diplomla, Respublika İncəsənət Gimnaziyasının 9-cu sinif şagirdi Quluzadə Rufiz Hafiz oglu isə Fəxri fərmanla təltif olunacaqlar. Müsabiqə iştirakçılarına xatirə hədiyyələri də təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə