Hollivudun ən çox gəlir gətirən aktyoru

Amerikanın nüfuzlu "Forbes" jurnalı Hollivudun son beş ildə ən çox gəlir gətirən aktyorlarının reytinq siyahısını tərtib edib. SİA-nın məlumatına görə, siyahıya "Transformerlər" və "İndiana Cons-4" filmlərində rol alan Şayya Labaf başçılıq edir. Ona xərclənən hər 1 dollar kino istehsalçılarına orta hesabla 81 dollar qazandırıb.

Jurnalın mütəxəssisləri reytinqi tərtib etmək üçün 36 aktyorun göstəricilərini, məşhur aktyorların son 5 ildə çəkildikləri filmlərdən əldə olunan gəlir və qonorarı nəzərdən keçiriblər.

Reytinq siyahısının ikinci pilləsində aktrisa Enn Heteuey qərarlaşıb. Onun çəkildiyi "Alisa möcüzələr diyarında" filmi (rejissor Tim Berton) kinoprokatlarda 1 milyard dollar qazanc gətirib. Bundan əlavə, aktrisanın çəkildiyi "Gəlinlərin müharibəsi" ekran əsəri 115 milyon dollar gəlir gətirib.

Siyahıda üçüncü pilləni tamaşaçılara "Harri Poter" kinoserialından yaxşı məlum olan Daniel Redklif tutub. Aktyora xərclənən hər dollara görə, studiya 41 dollar gəlir əldə edib.

Liderlərin ilk beşliyini isə 1 dollar xərc müqabilində 33 dollar gəlir gətirən Robert Dauni və Keyt Blanşet (1 dollara 27 dollar) tamamlayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...