Xalq şairinin xatirəsi yad ediləcək

5 may saat 14:00-da Abdulla Şaiqin ev muzeyində xalq şairi Zəlimxan Yaqubun əziz xatirəsinə həsr olunmuş "Ədəbiyyatın bir incisi" adlı xatirə günü keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Aşıqlar Birliyinin sədri və birliyin üzvlərinin, şəhər muzeylərinin əməkdaşlarının və şairin qələm dostlarının iştirakı gözlənilir.

Xatirə günündə Zəlimxan Yaqubun qələmə aldığı şeirlər, qəzəllər səsləndiriləcək, onun həyat və yaradıcılıq yolu haqqında məlumat veriləcək.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan ədəbiyyatına, poeziyasına tövhələr vermiş el şairi Zəlimxan Yaqubun yaradıcılığını yaşatmaq və gənc nəslə çatdırmaqdır.

Qeyd edək ki, tədbir Abdulla Şaiqin ev muzeyinin iş planına əsasən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...