Həmkarlar İttifaqının kollektivi Fəxri Xiyabanı ziyarət edib

Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi təşkilatın 110 illiyi münasibətilə, Fəxri xiyabanı ziyarət ediblər. SİA-nın verdiyi xəbərə görə, kollektiv müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə