“Bahar ilmələri” adlı tədbir keçirilib

“Bahar ilmələri” adlı tədbir keçirilib

Azərbaycan Xalça Muzeyində "Bahar ilmələri" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, uşaq muzeyi şöbəsi tərəfindən təşkil olunan tədbirin açılışını edən muzeyin direktoru Şirin Məlikova qonaqları Novruz bayramı münasibətilə təbrik edib. O, çıxışında qeyd edib ki, qədim ənənələrə söykənən Novruz bayramı ölkəmizin hər bölgəsində silsilə tədbirlərlə keçirilir. Xalqımız tarixi keçmişinə dayanaraq, yazın gəlişinə 4 həftə qalmış həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edib, tonqal yandırıb: "Novruz bayramı uşaqlar arasında xüsusi sevinclə qarşılanır. Bunu nəzərə alan uşaq muzeyi şöbəsi milli bayramımız Novruzun gəlişinə xüsusi hazırlaşıb".

Sonra Novruz bayramı münasibətilə hazırlanmış musiqili bədii-əyləncəli proqram təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə