\"Eurovision\"un ən qocaman pərəstişkarı Azərbaycana gəlir

"Eurovision 2012" mahnı müsabiqəsinin ən yaşlı pərəstişkarı Ella Kastner Bakıya gəlir. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, "Eurovision" mahnı müsabiqəsinin 102 yaşlı pərəstişkarı ötən il Düsseldorfda azərbaycanlı fanatlarla görüşərək onlarla birlikdə qələbəmizi qeyd edib.


Ella Kastner pərəstişkarların xahişi ilə ölkəmizə gəlmək arzusundadır. Ellanın bu istəyi gerçəkləşərsə, o, həm də Azərbaycana gələn ən yaşlı turist kimi də yadda qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə