\"Eurovision 2012\"nin Mətbuat Mərkəzində fanatlar üçün səsvermə köşkü quraşdırılıb - FOTO

"Eurovision-2012" mahnı müsabiqəsi çərçivəsində Mətbuat Mərkəzinə sensor köşk vasitəsilə interaktiv səsvermə sistemi quraşdırılıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Ogae Azərbaycan"ın prezidenti Fariz Qasımlı bildirib ki, "FanDesk" Mətbuat Mərkəzində yerləşir və ənənəvi olaraq hər il ev sahibi ölkədə təşkil olunan səsvermədə müsabiqəni işıqlandıran jurnalistlər, fanatlar iştirak edə bilirlər.


F.Qasımlının sözlərinə görə, ilk dəfə olaraq Azərbaycanda təşkil olunan bu sistem də yenilikdir və bu çox sevindiricidir: "Bütün jurnalistlər yeni sistemlə maraqlanır və çox böyük həyəcanla qarşılayırlar. Sevinirəm ki, Azərbaycan bununla da yeniliyə imza atdı".

Adıçəkilən sistem "İnfotouch" şirkətinin istehsalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə