MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir
Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.
SİA xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.
zərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.
Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.
5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.
18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.
Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.
246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Yerusəlimdə tapılan bibliyanı təsdiqləyən artefakt…
Maraqlı 23:36Həm Yupiter, həm də Saturna bənzər iki planet kəşf edilib…
Texnologiya 23:25Saniyədə kvantilyon əməliyyatı yerinə yetirən superkompüter...
Texnologiya 23:14Ana südü ilə ananın immuniteti arasında əlaqə tapılıb...
Səhiyyə 23:053I/ATLAS kometindən gələn siqnallar Yer kürəsini təhdid edir...
Texnologiya 22:54Süni intellekt əsrində proqramlaşdırma niyə hələ də vacibdir..?
Texnologiya 22:24Klint İstvudun ən çox verdiyi filmi...
Mədəniyyət 22:16Bricit Bardo: "Mən sağam, özümü yaxşı hiss edirəm..."
Mədəniyyət 22:05“Kənd namusu” operası nümayiş olunub
Mədəniyyət 21:52Dərman fantom ağrısını əhəmiyyətli dərəcədə azaldır…
Səhiyyə 21:44Krım su böhranının astanasındadır. ..
Dünya 21:35Maliyyə naziri Sahil Babayev Serbiyada ikitərəfli görüşlər keçirib
İqtisadiyyat 21:33CEPA: “Həqiqətən də... Putin nə istəyir?..”
Dünya 21:05Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...
Siyasət 20:48Casio G-Shock Nano adlı barmaqda taxılan qol saatını buraxdı...
Texnologiya 20:45İngiltərədə həkimlər tətilə hazırlaşırlar
Dünya 20:33Belarus bankları da 19-cu sanksiya paketinə daxil edilib...
Texnologiya 20:23Marsın ekvatorunda nəhəng buz yataqları aşkar edilib...
Texnologiya 19:54Bir dilim tort 25 illik evliliyə son qoyub...
Maraqlı 19:12Sarayevoda Zəfər Günü münasibətilə konsert və qəbul keçirilib
Mədəniyyət 19:03PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb
Təhsil 18:30Elm və ali təhsil üzrə ictimai dinləmə keçirilib
Təhsil 18:23Yeni Zelandiyada kütləvi tətil...
Dünya 18:01Makron pensiya islahatını dayandırır...
Dünya 17:51SHXÇDX-də qeydiyyatdan keçən şəxslərin NƏZƏRİNƏ!
Siyasət 17:15Elektrik avtomobilləri ilə bağlı mühüm qərar
İqtisadiyyat 16:57“Hazırda valyuta bazarında risk yoxdur” - İQTİSADÇI DANIŞDI
İqtisadiyyat 16:44Əməkdaşlıq imkanları müzakirə edilib
Siyasət 15:51Növbəti il Qarabağ Universitetinə ayrılacaq vəsait açıqlanıb
İqtisadiyyat 15:32“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!
Texnologiya 15:16"Azəristiliktəchizat" satdığı istiliyə görə yığımların həcmini açıqlayıb
İqtisadiyyat 15:07Quran Oxuyan Qız,1880 - Ziddiyyətli qadın təsviri
Sosial 14:59COP30-a hazırlıq fəaliyyəti davam edir
İqtisadiyyat 14:57Gələn ay 12 gün iş olmayacaq
Sosial 14:34Yüksək Liqada II turun proqramı açıqlanıb
İdman 14:24Azərbaycanda qadın sahibkarların sayı açıqlanıb
İqtisadiyyat 14:18Səyyahlar Füzulidə mina partladılmasını izləyiblər
Sosial 14:16Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9717
-0,10%
-
GBP 2,2675
-0,32%
-
RUB 2,0922
+0,18%