Çox gülüncdür və gülünc olduğu qədər də düşündürücüdür, qəribədir ki, Əli Kərimli hər il mərhum Elçibəyin doğum günündə eyni pafosu, eyni ifadələri və boğazdan yuxarı səsləndirdiyi kəlmələri ilə sadəcə mənzərə yaratmağa çalışıb. Yeri gəlmişkən, məgər onun ətrafında var-gəl edənlər də bilmirlərmi ki, AXCP-nin daxilində “Yurd” qruplaşması yaradıb, rəhmətlik Elçibəyin sağına da, soluna da balta vuran şəxs məhz elə həmin Əli Kərimli olub? Elçibəyi söyən, aşağılayan, olmazın təhqirləri, böhtanları, şərləri özünə yaxın mətbuat vasitələri ilə ictimailəşdirən də Əli Kərimli olmayımbı? Nəhayət, bu gün illərdir ki, sədri olduğu və bundan sonra da sədrlik kreslosunu kimsəyə verməyəcəyi bəlli olan Əli Kərimli əslində xəyanətkarlığı, xəbisliyi və hərisliyi ilə mövcud AXCP-ni sözün əsl mənasında işğal etməyibmi? İndi haradan qaynaqlandı onun Elçibəy sevgisi? Haradan çıxdı “böyük bəy” sevası?

“Böyük bəy” deyən kreslo işğalçısının arada yadına salmaq gərəkdir ki, hazırkı dövrə qədər onun aldatdığı, yalan danışdığı, toruna saldığı onlarla insan qapını çöldən və eyni zamanda üzünə çırpıb-gediblər. Və gedənərin hər biri də eyni ittihamları, eyni fikirləri ilə AXCP-nin sədrini haqlı olaraq hədəfə alıblar. O isə susub, çünki danışacağı halda partiyadaxili paxırlarının daha çox açılacağından ehtiyat edib. Uzağı, trolları vasitəsi ilə onu hədəfə alanları söydürüb, axı bu onun köhnə peşəsidir – söydürmək, təhqir etdirmək, şər-böhtan atdırmaq və s.

Atı-atın yanına bağlasan...

Ancaq bir el məsəli də var ki, atı-atın yanına bağlasan həmərəng olmasa da, həmxasiyyət olar. Məsələn, əgər bu gün Cəmil Həsənli “Milli Şura”nın sədridirsə, eyni zamanda Əli Kərimlinin böyür-başında atlanıb-düşürsə, demək ki, onunla həmxasiyyətdir - yalançı, böhtançı, basıb-bağlayan. Halbuki, 2010-cu ildə parlamentə mandat qazanmadıqdan sonra Cəmil Həsənli Əli Kərimlinin yanına bağlandı, həmin mandata görə tüpürdüyü qaragüruh cameəyə gerdi döndü və həmxasiyyət oldu. Buna qədər isə iqtidarın ən çox təbliğatçısı idi, hətta tom-tom kitablar yazır, TV-lərdə də çıxışlar edirdi, özü də necə!

Ya da götürək Gültəkin Hacıbəylini. O da uzun illərdir ki, mandan sevdasına mübtəla olaraq özünü AXCP-nin axurunda tapmış oldu, bağlandı Əli Kərimli ilə Cəmil Həsənlinin yanına. Hətta elə möhkəm bağlandı ki, onlar bir dəfə siyasi kişnərti səsləri çıxarırdılarsa, Gültəkin bunu ikiqat artıq edirdi. Beləliklə, bir müddət orda-burda həömxasiyyətlilik etməklə gəlib-çıxıblar bu zamana.

Amma gəlin-görək, AXCP-“Milli Şura”nın müştərək axurundan çıxanlar necə ediblər? Misal üçün, Eldəniz Quliyev, Rafiq Manaflı yenə də əvvəlki kimi ola bilərlərmi? Əlbəttə ki, yox. Çünki onlar necə deyərlər, iplərini qırıb-qaçmağa müyəssər oldular. Ona görə də, artıq Əli Kərimli və cəbhəçi axurunun digər təmsilçiləri ilə həmxasiyyət deyillər.

Elçibəyin onun barəsində dediyi tarixi kəlamı xatırlatmaq istərdim – Əli Kərimli Azərbaycan xalqının düşmənidir!

Qayıdaq Əli Kərimlinin “böyük bəy” sevdasına. İndi bu adam utanmadan-qızarmadan bəytərifi edir, Elçibəyi özünə “müəllim” hesab etdiyini pafosla bəyanlayır. Əgər belədirsə, demək o bir zamanlar rəhmətlik Elçibəyə ünvanladığı olmazın təhqirləri özü də aid edə bilər. Demir ki, müəllimi olub? Müəllim necədirsə, tələbə də elə olar da deyilənə görə. Amma bilənlər-bilir ki, Əli Kərimli mərhum Elçibəyi sözün əsl mənasında çərlədib, həyatına qıyandan sonra onu özünə “müəllim” hesab edib. Elçibəyin siyasi-ictimai dairələrdəki nüfuzundan istifadə etməklə. Ona görə də, indi yadına düşüb ki, hər il bu vaxt bəyin doğum günündə onun adından həyasızcasına istifadə edib xal toplasın. Axı o həm də blogerdir, sosial şəbəkələr blogeri...

Sonda isə, elə Elçibəyin onun barəsində dediyi tarixi kəlamı xatırlatmaq istərdim – Əli Kərimli Azərbaycan xalqının düşmənidir!

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə