Müxalifət gülünc ambisiyaların girovundadır

Mövcud reallıqlar təsdiq edir ki, Azərbaycan cəmiyyətində radikal müxalifətə yer yoxdur

Zaman keçdikcə, siyasi məkanda qərar tutmuş dağıdıcı müxalif qüvvələr müəyyən dəyişikliklərə uğrayırlar. Yəni daha çox işverən, xəyanətkar mövqeləri ilə seçilən qurumlara çevrilirlər. Əksər müxalif partiyaları inkişaf proseslərindən kənarda qalmaqla, parçalanıb, siyasi mübarizədə ardıcıl məğlubiyyətlərə düçar olaraq, sivil mübarizə dəyərlərindən uzaq düşüblər. Bu kimi amillər səbəbindən, müxalifət düşərgəsində yer almış qüvvələrin birlik modellərinin həyata vəsiqə ala bilməməsi, yanlış siyasi taktika və strategiya əsasında baş verib. Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi, həmçinin, onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi köməkliyə arxalanmasını da göstərmək olar. Radikal müxalifətin hər dəfə seçki proseslərindən məğlub ayrılmasının və xalq tərəfindən dəstəklənməməsinin, həmçinin, xarici qüvvələrin "xeyir-duasının" olmasına baxmayaraq, uğur qazana bilməməsinin səbəblərini önların yanlış və səhv siyasət aparmaları ilə əlaqələndirmək olar. Olub ki, partiya sədri xaricdəki havadarlarının dəstəyinə arxalanaraq, düşərgə daxilində meydan sulayıb, sonradan isə miskin durumla üzləşib. 1998-ci il prezident seçkiləri ərəfəsi AMİP lideri Etibar Məmmədov az qala müxalifətin "xaç atasına" çevrilmişdir. Ancaq rüsvayçı seçki məğlubiyyəti E.Məmmədovu müxalifətin "bomj"u səviyyəsinə enməsinə gətirib çıxardı. Eyni aqibətlə Müsavatın keçmiş başqanı İsa Qəmbər, "Milli Şura"nın rəhbəri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli və digərləri də növbəti prezident seçkilərindən sonra üzləşmişlər.

Müxalifət işlək alətə çevrilib

Çox maraqlıdır ki, çirkab içərisində olan müxalifət liderləri təsir dairələrində olan mətbu orqanların yazarlarını da güdaza verirlər. Düşünmək olar ki, anormal mövqe tutmaqdan müxalifət partiyaları və onların qəzet yazarları zaman keçdikcə imtina edəcəklər. Lakin Ə.Kərimlinin təsiri altında olan saytlar və trolları öz bəd əməllərini davam etdirməklə çox ciddi təpki altında olduqlarını nümayiş etdirirlər. Fukir versəniz görmək olar ki, xaricdə oturub, sosial şəbəkələrdə söyüş söyən, insanları təhqir edən şəxslərin böyük əksəriyyəti vaxtı ilə Azərbaycanda cinayət törədərək ölkədən qaçanlardır. Misal kimi qondarma vəkil Qurban Məmmədovu, AXCP fəalı Bəxtiyar Məmmədovu, rəsmən dəli olduğu təsdiqlənən Vidadi İsgəndərlini, qondarma jurnalist təşkilatlarından hesab edilən "Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu"nun rəhbəri Emin Hüseynovu və digərlərini göstərmək olar. E.Hüseynovun daha çox özünü həyasızlığa qoyduğunu demək olar. Çünki, bu üzdən iraq şəxs vergi cinayətlərinə görə, həbs olunacağını anladığından xaricə qaçdıqdan sonra, sosial şəbəkələrdə ölkəmizə qarşı geniş şəkildə qarayaxma kampaniyasına başlayıb.

Onların adları üstlərindədir - satanlar və satılanlar

Demək olar ki, hər gün onun sosial şəbəkələrdə sayıqlamalarına, iyrənc iddialarına rast gəlmək olar. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanda olarkən E.Hüseynov Kuba Sosialist İnqilabının liderlərindən olan Çe Gevaranın bir qrup fanatı ilə "Alaturka" restoranında Azərbaycan qanunlarına zidd olan toplantının iştirakçısı olmuşdur. Həmin toplantıda E.Hüseynov Avropanın dini təriqətləri ilə əlaqələr qurub, Çe Gevaranın təbliğatının aparılmasının vacibliyi barədə fikirlər səsləndirib. E.Hüseynov lazım gələrsə "PKK" ilə əlaqələr qurmağa cəhdlərin də göstərilməsini təklif edib. Amma krişnaçı Dodi Kramnikin E.Hüseynovun "PKK" ilə əlaqələr qurmaq təklifindən razı qalmayıb. D.Kramnikin E.Hüseynovu 5-3 manata aldanaraq, qrupun qəbul etdiyi prinsiplərə arxa çevirməkdə günahlandırıb. Məlumatlı mənbəmizin dediyinə görə, D.Kramniklə E.Hüseynov arasında yaranan mübahisə sonda yumruq davasına çevrilib. Məsələyə dözümsüz yanaşan "Alaturka" restoranının rəhbərliyi hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb. Hadisə yerinə gələn polis əməkdaşları onları sakitləşdirməyə müvəffəq olub. Bu əməlinə və rəhbərlik etdiyi təşkilatın vergi cinayətləri ilə bağlı istintaq araşdırmaları aparıldığı vaxtlar E.Hüseynov ölkədən qaçmışdır. İndidə, Norveçdə oturub, Azərbaycan dövləti və xalqı haqqında Ə.Kərimlinin tezislərinə uyğun sərsəmləmələr yayır.

Bir sözlə, dağıdıcı müxalifət partiyaları və onların xaricdəki trolları cəmiyyətə yararlı siyasi qüvvə olmaq əvəzinə, dövlətə qarşı çevrilmiş siyasi alət rolunu alıblar.Yəni, bu anlaqsız vəziyyətdə olan başıpozuq qüvvələr Azərbaycanın əleyhinə çevrilmiş, qərəzli dairələrin ölkəmizə qarşı istənilən zaman istifadə edə biləcəyi təzyiq alətinə çevriliblər. Bu, əlbəttə ki, nəzəri fikir deyil, təcrübədə özünün mənfi əksini tapmış reallıqdır. Bu baxımdan da istər xaricdə, istərsə də daxildə olan müxaliflər və onların trolları arzu etdikləri məqamı əldə edə bilməyəcəklər. Çünki, onların adları üstlərindədir - satanlar və satılanlar.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə