Millət bir daha kimin-kim olduğunu görsün!

Koronavirusun dünyada tüğyan etdiyi bir zamanda dövlətlər öz vətəndaşlarının sağlamlıqlarının mühafizəsi istiqamətində kifayət qədər önləyici tədbirlər görür, müxtəlif məhdudiyyətlər tətbiq edir, eləcə də həmin tədbirlər çərçivəsində həmrəylik müşahidə olunur. Misal üçün, infeksiyadan ən çox əziyyət çəkən İtaliyada, İspaniyada, Almaniyada və s. Avropa ölkələrində virtual dəstək kampaniyaları reallaşdırılır.

Sevindiricidir ki, Azərbaycanda da bu reallıq mövcuddur. Hətta ölkəmizdə gerçəkləşdirlən kampaniyalar eyni zamanda nümunəviliyi ilə diqqət çəkir. Ölkə başçısı cənab İlham Əliyevin göstərişi ilə koronavirusla mübarizə istiqamətində yardım fondunun yaradılması da məhz bu xüsusdandır. Artıq Prezident İlham Əliyev, eləcə də ölkənin birinci xanımı, Vitse-prezident Mehriban xanım Əliyeva öz birillik maaşlarını həmin fonda keçiriblər. Həmçinin, bir sıra dövlət qurumları, şirkətlər, ayrı-ayrı biznes adamları da bu kampaniyada fəallıq göstərirlər.

Daha bir qürurverici amil xarici ölkələrdə yaşayan, təhsil alan həmvətənlərimizin Azərbaycana gətirilməsi yönündə göstərilən çalışmalardır. O cümlədən, xarici ölkələrdə yaşayan azərbaycanlılar ölkələrinə geri dönmələrini gözləyən soydaşlarına öz evlərinin qapılarını açır, mənzillərini bölüşürlər. Əlbəttə, bu böyük bir həmrəyliyin nümunəsidir ki, heç bir digər ölkələrin xalqları bu kimi örnəyi göstərməyiblər. Yəni bu, bilavasitə AZƏRBAYCANÇILIQ MƏFKURƏSİNİN yazdığı növbəti tarixdir desək, heç də yanılmarıq.

Ancaq toxunacağım digər bir məsələ bu gün özlərini "müxalifət cinahı" kimi təqdim edib, həmin statusdan sui-istifadə etmələri qalsın bir yana, ümummilli məsələdə düşməncəsinə davrananlarla bağlı olacaq. Söhbət başqa vaxtlarda "xalq", "millət" bağırıb küçələrdə tərəfdarlarını həbs etdirən anarxist Əli Kərimlidən, onun yan-yörəsində hərlənən "milli şuraçılardan" gedir. Beşinci kolon kimi də adlandırılan bu ünsürlər – Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Eldəniz Quliyev və sairləri görəsən nəyə görə sözügedən kampaniyaya qoşulmurlar? Məgər onlar da iddia etmirlərmi ki, bu dövlət onlarındır, ya da "hakimiyyətə iddialıyıq" kimi boşboğazlıqlar etdikləri bir vaxtlarda dövlət onların da dövləti idisə, bəs indi nə oldu? Hansı səbəblərə görə, hətta ən adi vətəndaşların dəstək fonduna öz məvaciblərini bağışladıqları halda, sözügedən boşboğzalar milli həmrəylikdən yan keçirlər? Bax, buradan belə bir reallıq meydana gəlir: bu ünsürlər üçün xalq, millət, dövlətçilik faktoru heç vaxt önəm daşımayıb. Onlara lazım olan erməni lobbisi və həmin lobbinin pulları hesabına fəaliyyət göstərən xarici qurumlara yalmanıb, dollar və avro qazanmaqdır. Bu gün Ə.Kərimli sosial şəbəkələrdə Azərbaycan dövləti əleyhinə yazmaqdan barmaqlarını döyənək edib, Fransada erməni çörəyi yeyən Qənimət Zahidin, xarici kəşfiyyatçıların altına yxılıb-alma yeyən Sevinc Osmanqızının canlı efirlərində çənə vurmaqdan boğazı yırtılıb. Amma ümumxalq amili ortaya çıxanda çəkilib-durub bir kənarda ki, bəs pulum-param yoxdur (?!) Əcəba, gülbalası Türkel Kərimlinin Britaniyadakı bahalı təhsil haqlarını ödəyən, eyş-işrət məclislərini təşkil etmək üçün yüz minləri xərcləyən kim idi Ə.Kərimli? Bu ifadələr yalnız Ə.Kərimliyə aid deyil, bu ifadələr digər beşinci kolon ünsürlərinə də aiddir. Məsələn, orada-burada 300-500 avro üstündə bir-birlərini qıran Orduxan Teymurxana, Məhəmməd Mirzəliyə, Tural Sadıqlıya, Səid Nuriyə və onlar kimi digər tullantılara!

Əslinə qalanda bu siyasi quldurların, Vətən xainlərinin hər hansı bir dəstəklərinə ehtiyac da yoxdur. Necə deyərlər, dövlətimiz, hakimiyyətimiz, xalqımız var olsun! Sadəcə, xatırlatmağa ehtiyac var idi ki, millət bir daha hansı vəziyyətdə kimlərin-kim olduğunu bir daha görsün!

Rövşən RƏSULOV

P.S. Yeri gəlmişkən, bu vurhavurda, axecepeçi Əli Kərimlinin "sağ əli" Tofiq Yaqublu da quduzluq virusuna yoluxub və küçədə filmlərdəki vəhşi zombilər kimi düşüb vətəndaşların canına...

Bütün xəbərlər Facebook səhifəmizdə