Tarix sübut etmişdir ki, geosiyasi reallıq hər zaman sivilizasiyalar arasında münasibətlər əsasında formalaşır. Hər hansı bir dövlətin siyasi müstəvidə mövqeyi sivilizasiya faktorundan asılıdır. Dini, mədəni, tarixi yaxınlıq və bağlılıq müasir dövrümüzdə də beynəlxalq münasibətlərdə əhəmiyyətli rol oynayır. ABŞ və İngiltərənin başçılığı ilə ingilis dilli ölkələr və müstəmləkələr, Fransanın rəhbərliyi ilə frankafon dövlətlər, İspaniyanın lider olduğu İbero-Amerikan qrupu dünya geosiyasətində böyük sivilizasiya birliklərini təmsil edir. İslam dünyası ölkələrinin də qlobal müstəvidə müəyyən ümumi maraqları müdafiə etməsi şübhəsizdir. Bu qütbləşmənin beynəlxalq münasibətlər sistemində beynəlxalq hüququn norma və prinsiplərindən, eləcə də ədalət anlayışından daha yüksək dayanması danılmaz faktdır.
Geosiyasətdə ən böyük qütblər xristian və islam sivilizasiyaları hesab olunur. Xristian-islam qarşıdurması dövlətlərarası müstəvidən tutmuş cəmiyyətdaxili mühitə qədər bütün proseslərdə hər zaman özünü göstərmişdir. Yeni minillikdə də fərqli sivilizasiyalar arasında dialoq və harmoniyanın olmaması dünyanın qarşısında duran əsas problemlərdən biridir.
Azərbaycanın da yerləşdiyi Qafqaz sivilizasiyalararası qütblərin kəsişmə nöqtəsindədir və regionun geosiyasi mühiti birbaşa bu amilin təsiri altında formalaşır. Məlum olduğu ki, bizim region tarixən müxtəlif dinlərin və mədəniyyətlərin əhatə dairəsində olmuşdur. Bizans imperiyasının dövründə xristianlıq, Xəzər Xaqanlığının dövründə iudaizm, Ərəb xilafəti və Türk imperiyalarının zamanında islam Qafqazda hökmran olmuşdur. Regionda mövcud olan dövlətlər arasında münasibətlər daha çox dini faktor üzərində qurulmuşdur.
Hazırda da Cənubi Qafqazda yerləşən müstəqil respublikalar fərqli sivilizasiyaları özünəməxsus şəkildə təcəssüm etdirirlər. Bir tərəfdə fərqli dinlərə və xalqlara qarşı tolerant yanaşan Azərbaycan və Gürcüstan, digər tərəfdə isə özləri bu regiona köçürülmə olsa belə, yerli xalqları sıxışdıraraq monoetnik dövlət yaratmış Ermənistan.
Ermənilər hər yerdə olduğu kimi Cənub Qafqazda da öz etibarsızlıqları ilə seçilmişlər. Tarix müxtəlif vaxtlarda ermənilərin böyük dövlətlərin əlində maşa olmasına dəfələrlə şahid olmuşdur. Ona görə də ermənilərin istənilən bir xəyanətinə bu regionda heç kim təəccüblənmir. Özünü dünyaya ilk xristian dövlət kimi sırımağa çalışan bu xalq hər zaman dini faktordan məharətlə istifadə etmişdir. Regionda marağı olan istənilən bir xristian dövlət də ermənilərin bu yaltaq xidmətindən yararlanmışdır. Məğrurluq, etibar, sədaqət kimi bütün Qafqaz xalqlarını birləşdirən xüsusiyyətlər regionda yalnız ermənilərin timsalında özünü doğrultmur.
Yeni minillikdə bu "qədim" xristian dövlətinin yeni himayədarları peyda olub. Maraqlıdır ki, himayədar da xarici siyasətini dini ideologiya üzərindən quran İrandır. İran İslam Respublikasının Konstitusiyasının 11-ci maddəsinə görə "İran İslam dünyasının siyasi, iqtisadi, və mədəni birliyinə nail olmaq üçün səy göstərməlidir".
Görəsən bu səy nədən ibarətdir? Ermənistan güclü himayədarlarının dəstəyi ilə müsəlman dövləti olan Azərbaycanın ərazilərini işğal edib, on minlərlə insanın həyatına son qoyub. Qarabağda islam mədəni irsi darmadağın edilib, təhqir edilib. Ermənilər dünyada xristian himayədarlarının dəstəyi ilə münaqişənin həllini yubadır və beynəlxalq ictimaiyyətdən heç bir reaksiya görmür. Bəs İslam dünyasında liderliyə iddiası olan İranın təəssübkeşliyi haradadır? Ermənistana hər cür iqtisadi yardım göstərməklə bu missiya nə qədər üst-üstə düşür? Yəqin beynəlxalq müstəvidə sivilizasiyaların toqquşmasının səbəbi kimi dini faktoru qabardan Samuel Hantonqton, Arnold Toynbi kimi sivilizoloqlar yanılıblar. Ya da dini təəssüb ideoloji bayraq olmaqdan uzağa getmir. Hazırkı İran-Ermənistan tandemi də bunu bir daha sübut edir.
2011-ci ildə İranla Ermənistan arasında ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Ermənistan Təbrizdə konsulluq açmaq istəyir. İran iqtisadiyyatı ölü vəziyyətdə olan Ermənistan üçün əlindən gələn hər şey etməyə çalışır. Əslində son dövrlər Qərbin sanksiyaları qarşısında iqtisadiyyatı böyük itkilərlə üzləşən İranın Ermənistanla iqtisadi işbirliyində qaranlıq məqamlar da kifayət qədərdir. Son illərin statistik məlumatlarına görə İranın Ermənistana ixracı ÜDM-nin 0,05%-dən çox olmayıb. Yəni Ermənistan bazarı İran iqtisadiyyatı üçün cüzi əhəmiyyət kəsb edir və sanksiyalardan yan keçmək üçün alternativ potensiala malik deyil. Sadəcə Ermənistan iqtisadiyyatının seqmentləri, xüsusən də maliyyə bazarı çirkli pulların yuyulması və məxfi transaksiyaların həyata keçirilməsi üçün əlverişli məkandır. Buna görədir ki, Ermənistanda digər sahələrə nisbətən inkişaf etmiş maliyyə sektoru tam süquta uğramış iqtisadiyyatı əks etdirmir. Maliyyə sektorunun inkişafında mafiyaların çirkli pulları, eləcə də bir sıra xarici dövlət və şirkətlərin gizli əməliyyatları dayanır. Maraqlı məqam ondan ibarətdir ki, bu məsələdən bütün tərəflər xəbərdardırlar, lakin konkret heç bir addım atmırlar. İranı nüvə proqramı ilə bağlı küncə sıxışdıran Qərb İranın "Bank Mellat" bankının İrəvan ofisinin il ərzində mərkəzə milyonlarla dollar pul köçürülməsinin nəyə xidmət etdiyini gözəl anlasa da, Ermənistana bununla bağlı heç bir təzyiq göstərmir.
Bəlkə də, Ermənistanın maliyyə sektorunda istənilən əməliyyatı apara bilmək imkanı Qərbdəki bəzi dairələrin da maraqlarına uyğundur. Dünyaca məşhur HSBC bankının Ermənistandakı fəaliyyətini də bu amillə əlaqələndirmək olar. Bu bank Cənub Qafqaz regionunda yalnız Ermənistanda nümayəndəliyini saxlamışdır. Qlobal iqtisadi böhranın bütün maliyyə bazarı iştirakçılarını xərcləri azaltmağa yönləndirdiyi bir dövrdə bankın bu addımı bir qədər şübhəyə əsas verir. Çünki investisiya mühiti və bütövlükdə iqtisadiyyatı Ermənistandan dəflərlə güclü olan Azərbaycanda və Gürcüstanda bu bank fəaliyyət göstərməyi məqsədəuyğun hesab etmədiyi halda, Ermənistanda işlərini davam etdirir. Güman etmək olar ki, Ermənistanda bankın fəaliyyətini hansısa başqa əməliyyatlar cəlbedici edir. Belə olan halda mətbuatda HSBC bankının çirkli pulların yuyulmasında, İran və Suriyadan olan şübhəli müştərilərə xidmət etməsi ilə bağlı səslənən ittihamların əsassız olmadığı qənaətinə gəlmək olar. HSBC bankının adının Meksikada narkoticarət pulları ilə bağlı artıq hallandığını da nəzərə aldıqda bu arqumentlər daha güclü səslənir. Beləliklə, görünən odur ki, Ermənistanın maliyyə bazarı bütün qaranlıq əməliyyatlar üçün ən əlverişli məkandır. Yəqin ki, məhz bu xüsusiyyətinə görə həm Qərb, həm də İran Ermənistanın ikili oynamasına göz yumur.
Ermənistanın İran siyasətinin etibarlılığını Yaxın Şərqdə baş verən proseslərin timsalında qiymətləndirdikdə real mənzərə ortaya çıxır. Ərəb dünyasında böyük diasporaya və xüsusi çəkiyə malik olan ermənilər hazırkı siyasi proseslərdən öz maraqlarına uyğun istifadə etməyə çalışırlar. Əsrlərdir yaşadıqları ölkənin mənafeyini bir gündə xarici müdaxiləçilərə satmaq ermənilər üçün adi haldır. Regionun bütün ölkələrində ermənilərin bu "sədaqəti" özünü göstərir.
Qərbin Yaxın Şərq planlarında ilk hədəf ölkə olan İraqda lap əvvəldən ermənilərin ikili siyasət aparması özünü göstərmişdir. Məlum olduğu kimi, ABŞ və müttəfiqlərinin İraqa hərbi müdaxilə ərəfəsində ölkədəki xristianların nümayəndələri, xüsusən də ermənilər dini zəmində təqiblərə məruz qaldığını bildirir və köməklik göstərilməsini xahiş edirdilər. Hətta hərbi müdaxiləyə çağırırdılar. Onlar xarici qüvvələrə xidmət etmək və bununla da daha çox imtiyaz qazanmaq istəyirdilər. Lakin sonrakı hadisələr göstərdi ki, ssenarini sona qədər hesablaya bilməmişlər. Səddam Hüseyn rejimi devrildikdən sonra ölkədə xristianlara qarşı cəmiyyətin bir əks reaksiyası yarandı və nəticədə xristianların kütləvi köçü başlandı. Hərbi müdaxilədən əvvəl 18 000-lik erməni icmasının da ən azı 3-4 mini ölkəni tərk etdi, qalanları isə böyük tərəddüd içərisindədir.
Ermənilərin Liviyadakı hadisələrdə iştirakı ilə bağlı da məlumatlara rast gəlinir. Liviyada üsyançıların silahlandırılması məqsədilə Moldovadan Benqaziyə Ermənistan qeydiyyatlı təyyarə ilə silah daşınması faktı ortaya çıxanda ermənilərin bu ölkədə baş verən proseslərdə izi göründü. Qərbin ədalətli dünya çağırışı qarşısında ermənilərin qanunsuz silah ticarətinə göz yumması isə paradoksal görünür.
Hazırda Suriyada baş verən hadisələrdə də ermənilər hər iki tərəfə oynayırlar. Bir tərəfdən xristian icması olaraq hakimiyyətdə olan ələvi azlığın – Əsəd rejiminin əsas müttəfiqidirlər. Hətta Prezident Bəşər Əsəd bu yaxınlarda erməni icmasının nümayəndəsini nazir təyin etmişdir. Digər tərəfdən Suriya ermənilərinə yardım məsələsi ABŞ ermənilərinin təhriki ilə ABŞ Konqresinin gündəliyindədir. Görünür Suriya ermənilərinin hazırkı mövqeyi ABŞ-ın maraqlarına uyğundur.
Beləliklə, Yaxın Şərq regionunda ermənilər öz ənənəvi mövqelərindədirlər. Sədaqət nə olduğunu bilməyən bu xalq hərdən bir qütbə meyllənir. Kimə xidmət etmələrindən asılı olmayaraq öz maraqları naminə bütün qütbləri təmsil edən ermənilər hər kəsi sata bilərlər. Hər zaman böyük güclərin əlində alət olan ermənilər yeri gələndə hamını qurban verməyə hazırdırlar. Yaxın Şərqdəki proseslərdə də, onların bu mövqeyi özünü göstərir. ABŞ-ın İraqa hücumunda, Liviyada müxalifətçilərin silahlanmasında, Livanda vəziyyətin gərginləşməsində, eləcə də Suriyadakı proseslərdə ermənilərin regionda kənar qüvvələrin maraqlarına xidmət edən mövqeyi ilə bağlı mülahizələr öz təsdiqini tapır. Bu prizmadan çıxış edərək Qərbin İranla bağlı planlarında bu ölkədəki erməni icmasından öz maraqları üçün istifadə edəcəyini ehtimal etmək olar. Ərəb dünyasındakı digər erməni icmalarının təcrübəsi göstərir ki, ermənilər canla-başla bu missiyanı həyata keçirməyə hazırdırlar. Ermənistanın ən yaxın müttəfiqlərindən olan İranı bu məsələ düşündürməlidir. Hər kəsə xəyanət edənlərin bir gün onlara da üz çevirməyəcəyinə heç kim zəmanət verə bilməz. İranın Ermənistana etibar limitinin nə vaxt dolacağını isə zaman göstərəcək.
Ərəstü Həbibbəyli,
İqtisad elmləri üzrə fəlsəfə doktoru
newtimes.az
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır - Prezident
Siyasət 15 Oktyabr 12:41Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb
Siyasət 15 Oktyabr 12:40Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...
Siyasət 15 Oktyabr 12:12“Azərbaycanda bank sektorunda təmərküzləşmə səviyyəsi son dörd ildə azalıb“ -ŞAHİN MAHMUDZADƏ
Siyasət 15 Oktyabr 11:59“Azərbaycanda əhalinin borc yükü 18,7 faizə yüksəlib“ -ATAXAN HƏSƏNOV
Siyasət 15 Oktyabr 11:54SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 15 Oktyabr 11:51Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
İdman 15 Oktyabr 11:48Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
Hadisə 15 Oktyabr 11:47Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
15 Oktyabr 20:49
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
15 Oktyabr 20:43
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



