Beləliklə, Yaxın Şərq regionunda ermənilər öz ənənəvi mövqelərindədirlər. Sədaqət nə olduğunu bilməyən bu xalq hərdən bir qütbə meyllənir. Kimə xidmət etmələrindən asılı olmayaraq öz maraqları naminə bütün qütbləri təmsil edən ermənilər hər kəsi sata bilərlər. Hər zaman böyük güclərin əlində alət olan ermənilər yeri gələndə hamını qurban verməyə hazırdırlar. Yaxın Şərqdəki proseslərdə də, onların bu mövqeyi özünü göstərir. ABŞ-ın İraqa hücumunda, Liviyada müxalifətçilərin silahlanmasında, Livanda vəziyyətin gərginləşməsində, eləcə də Suriyadakı proseslərdə ermənilərin regionda kənar qüvvələrin maraqlarına xidmət edən mövqeyi ilə bağlı mülahizələr öz təsdiqini tapır. Bu prizmadan çıxış edərək Qərbin İranla bağlı planlarında bu ölkədəki erməni icmasından öz maraqları üçün istifadə edəcəyini ehtimal etmək olar. Ərəb dünyasındakı digər erməni icmalarının təcrübəsi göstərir ki, ermənilər canla-başla bu missiyanı həyata keçirməyə hazırdırlar. Ermənistanın ən yaxın müttəfiqlərindən olan İranı bu məsələ düşündürməlidir. Hər kəsə xəyanət edənlərin bir gün onlara da üz çevirməyəcəyinə heç kim zəmanət verə bilməz. İranın Ermənistana etibar limitinin nə vaxt dolacağını isə zaman göstərəcək.
Ərəstü Həbibbəyli,
İqtisad elmləri üzrə fəlsəfə doktoru
newtimes.az