Dünən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri, vaxtilə AXC-nin lideri və öz rəhbəri Elçibəyə belə xəyanət edən yurdçu Əli Kərimovun bir qrup gənclə görüşü keçirilib. Yığıncaqda Əli Kərimov tərəfindən absurd fikirlər səsləndirilib. Bundan başqa, korrupsiya cinayətlərinə görə həbsdən yayınmaq üçün Azərbaycandan qaçaraq ABŞ-da şellənən Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) keçirdiyi tədbirdə siyasi qüvvələrə Müqavimət Hərəkatına qoşulmaq çağırışı edilib. Keçmiş müxalifət lideri sensasion bəyanatda bulunub, növbəti seçkidə prezidentliyə namizdəliyini irəli sürəcəkmiş. Bu yazımızda, daha doğrusu mühazirəmizdə radikal müxalifət liderlərinin gənclərə söylədiyi yalanları ifşa etməyə çalışacağıq.
Radikalların əcnəbi yiyələri köhnə nökərlərinə yeni sifarişlər göndərib
Gündə bir adla qurum yaradan müxalifətə okeanın o tayından deyəsə təzə sifarişlər gəlib. Həm də bu sifariş paketində çox böyük ehtimalla yaşıl kağızlar da olub. İctimai Palata adlanan qurumun iddiaları boyundan xeyli böyük olduğundan liliput qaldı, indi də Müqavimət Hərəkatı deyilən saxta qurum yaradılır.
Düşünürəm ki gerçəkdən müqavimət hərəkatı olacaq- bir qrup satqının xalqa qarşı müqavimət hərəkatı. Lakin indiyədək yaradılmış bütün qurumlar kimi, bu qurum da məhvə məhkumdur. Çünki artıq müxalifət düşərgəsində belə hər kəs bilir ki, bütün bu oyunlar siyasi meydanda mövcudluğunu saxlamaq, şəxsi ambisiyalarını həyata keçirmək üçün bir vasitədir.
Hakimiyyətə gəlmək üçün AXCP və Müsavat partiyası hər yoldan istifadə edir. Əvvəllər ümidlərini bağlamışdılar türklərə, daha doğrusu Türkiyə dövlətinə. Türkcülük, millətçilik şüarları dillərində əzbər oldu. Yerli-yersiz Kommunist partiyasını lənətlədilər.
Guya bunlar demokrat imişlər. Nəhayət 2003-cü il gəldi və prezident seçkilərindən sonra hamıdan tez Türkiyə dövləti YAP-ı və onun lideri İlham Əliyevi seçkidən qalib çıxdığı üçün təbrik etdi.
Əlləri bundan da üzüləndən sonra birdən yadlarına ingilislər və fransızlar düşdü. Gah Londona getdilər, gah Parisə, gah Vaşinqtona, gah səfirlərə yeyib-içmək verdilər. Elə bil böhran bunları gözləyirdi. Misyo Jordanın başı Paris qiyamına qatışdığı kimi, ingilis serinin də başı mitinqləri dağıtmağa qarışdı. Kovboylar da öz təbii hüquqlarını tələb edən zəhmətkeş amerikanlara divan tutmaqla məşğuldurlar.
Bundan sonra ümidlərini bağladılar İrana. Yeri gəldi-gəlmədi İranı tərifləyib göylərə qaldırdılar, xalqı qaranlıq əsrlərə doğru geri çəkməyə çalışan radikal mövhumatçıları dəstəkləyib milli qəhrəman, azadlıq mücahidi kimi göyə qaldırdılar. Lakin İranın ölkəmizə və xalqımıza qarşı vaxtilə və hazırda etdikləri heç kimin yadından çıxmayıb. Ona görə də, heç kim bu siyasəti dəstəkləmədi. Üstəlik, İran mollaları da bunların heç bir siyasi təsir gücünə malik olmadığını anlayıb maliyyələşdirməkdən vaz keçdi.
Radikalların millətçi beynəlmiləlçiliyi və ya hər şeydən bir az olmaq bacarığı
Nə isə, bütün bu dövlətlərdən əlləri üzüləndən sonra, indi başlayıblar ölkədə etnik qarşıdurma yaratmağa. Bəlkə belə bir nəticə hasil ola. Ara qarışa, bunlar da hakimiyyətə gələ. Ona görə də "Kürd Gənclər Təşkilatı" adlanan PKK yanlı radikal bir qrupun təbliğatı ilə məşğul olurlar. Gah bəyanat çap edir, gah təşkilatın sədrindən müsahibə götürür. Özü də elə bir vaxta ki, Türkiyə PKK-ya qarşı hərbi əməliyyatlara başlayıb.
Bəyənmədikləri kommunistlər həmişə deyirdilər ki, milliyyət fərqini siyasiləşdirmək imperializmə və faşizmə doğru aparan yoldur. Bunlar isə, millətçilik səviyyəsinə enib bəşəri amallardan danışırdılar.
Müsavatın kürd xalqına can yandırması ilk baxışdan insanı qıcıqlandıran heç bir şey yoxdu. Ancaq bir qədər dərinliyə getsək, bunun da ölkədə növbəti bir qarşıdurma yaratmaq üçün Müsavat-Amerika planının bir hissəsi olduğunu görərik.
Beynəlmiləlçiliyi və millətlərin qardaşlığını təbliğ nedən Sovet hakimiyyətini, eləcə də məsələyə həmin prizmadan yanaşan indiki hakimiyyəti tənqid edən radikallar birdən ayılıblar ki, bəs beynəlmiləlçilik, tolerantlıq, millətlərin qardaşlığı yaxşı şeymiş.
Beləliklə, radikal "millətçi", "beynəlmiləlçi", "dinçi", "liberal"... yarlıkları ilə göstərilən fəaliyyətin xalq tərəfindən dəstəklənmədiyi məlum olur. Xalq tərəfindən dəstəklənməyən qüvvənin isə hər hansı əcnəbi dairələr tərəfindən dəstəklənməsi mümkün deyil. Çünki nə ingilislər, nə fransızlar, nə də farslar o qədər hərif deyillər.
Bizim müxalifətin belə saxtakar demokratiya keşikçilərinə yox, xalqa söykənməsi heç ağıllarına da gəlmir. Ötən yazda bu barədə yazmışdım- yenə də təkrar edirəm. Əgər bunlar sadə xalqın yanında olmuş olsaydılar, həmin vaxtlarda Vaşinqtondan gələn sifarişlə təyin etdikləri mitinqlərin birini də bütün dünya şəhərlərində dinc aksiyalar keçirilən günə- 1 May Dünya Zəhmətkeşlərinin Həmrəylik Gününə salardılar.
Belə dinc aksiyanı heç kim qadağan etməzdi və müdaxiə etməzdi, onda xalq da, hakimiyyət də görərdi ki, bunların davası dən davası deil "din" davasıdır. Lakin bunlara xalq lazım deyil, ağaların qrantları lazımdır ki müxalifətdəki əbədi vəzifələrində oturub həzm-rabedən keçirsinlər, dəliqanlı gəncləri qızışdırıb meydanlara çıxarsınlar və iştişaşlar yaratsınlar.
Güvəndiyiniz dağlara çoxdan qar yağıb cənab radikallar
Maraqlıdır, bunlar demokratiya beşiyi kimi təqdim etdikləri ABŞ-da və bir çox Avropa ölkələrində aksiyaçılara ncə divan tutulduğunu, ölüm hökmünün ləğv edilmədiyini, xarici yerüstü yayımların ölkə ərazisinə soxulmasına imkan verilmədiyini, zəncilərin hələ də aşağılandığını, Amerika əsgərlərinin İraqda, Vyetnamda, Koreyada, Əfqanıstanda, Liviyada və s ölkələrdə dinc sakinlərə necə divan tutduğunu... görmürlərmi?
Bir şey maraqlıdır, həmişə islamafobiyadan danışan, dinin güclənməsini istəməyən kimi görünən ABŞ və imperialist siyasət yeridən bəzi Avropa dövlətləri (daha dəqiq desək NATO-nun aparıcı dövlətləri) əcəba nədən başqa ölkələrdə hətta təhlükəli hesab etdiyi, terrorçuluqda ittiham etdiyi radikal dini qruplaşmalara yardım edir, onları müdafiə edir? Nədən bu dövlətlərin media qurumları başqa ölkələrdə heç bir ictimai dayağı olmayan siyasi, dini qüvvələri dəstəkləyir, nədən sosial problemləri qərəzli şəkildə təqdim edir?
Səbəb sadəcə insan haqları və demokratik yanaşmadırmı? Təəssüf ki xeyir! Gerçək səbəb budur- ABŞ hər hansı bir ölkəni tam nəzarət altına almaq, orada vətəndaş müharibəsi yaratmaq, hakimiyyəti özünün təsiri altına keçirmək üçün bu texnologiyalardan həmişə istifadə edir.
Örnək olaraq İranda islam inqilabından öncə radikal dindarlara verilən dəstəyi, Türkiyədə dini təriqətlərə və camaatlara göstərilən yardımları, Əfqanıstan, Misir, Pakistanda, Liviyada, Suriyada və digər müsəlman ölkələrində təriqətlərə yardımlar edərək vətəndaş müharibəsi yaratmaq kimi əməlləri göstərmək olar. İraq və Əfqanıstandakı NATO vəhşilikləri bəlkə yaddan çıxıb, amma lap elə dünən Misir və Liviyada amerikan istehsalı olan "ərəb baharı"ndan sonrakı dəhşətləri görmürlərmi?
Bu deyilənləri nəzərə aldıqda, qəti şəkildə və inkaredilməz formada bunları söyləyə bilərik- ABŞ, Fransa və Böyük Britaniya mediası demokratik və obyektiv deyillər, onların yeritdiyi siyasət, üstün tutduğu dəyərlər, prinsiplər demokratiyaya, insan haqlarına ziddir. Belə olmasaydı, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı qınayar, işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını tələb edər, olmayan bir "erməni soyqırımını" Türkiyənin gözünə soxmazdı.
İngilis-amerikan barmağının qarışdırdığı yerdə xeyir tapılmaz
İndi isə cənablar mühazirəmizin başqa bir mövzusuna keçək. Gəlin görək dnüya ölkələrində baş verən faciələr hardan qaynaqlanır, kimlər tərəfindən idarə və təşkil olunur. Yaxın Şərqi terror yuvasına döndərən təşkilatlara maliyyə dəstəyini kim verir? Cavab hamıya və çoxdan aydındır. Rusiya və Türkiyə kəşfiyyatı bu haqda müvafiq sənədləri ABŞ və Avropanın qarşısına qoyub, lakin bu dəstək nəinki dayandırılmır, əksinə, daha da gücləndirilir.
Əfqanıstanda NATO əsgərlərinin 9 azyaşlı uşağı oynadıqları yerdə gülləməməsi barədə Amerikan imperializminin nəzarətində olan dünya mediasında bir cümlə də xəbər verilmədi. Deməli, imperialist dövlətlərin çirkin siyasət yürüdən memdiasının obyektivlikdən danışmağa haqqı yoxdur.
Son vaxtlar Yaxın Şərq ölkələrində törədilən vətəndaş müharibələri və hərbi təcavüzlər həmin ölkələrdə fəlakətli nəticələrə gətirib çıxarıb. Bir neçə aydır ki, bu ölkələrdə qan su yerinə axır. Şəhərlər xaraba qoyulub, günahsız insanlar öldürülür. Amma ABŞ və Böyük Britaniya kimi imperialist dövlətləri bunlar yox, hakimiyyətin dəyişməsi maraqlandlırır. Qərb imperialist dairələrinin nəzarətində olan media qurumları da bölgədən yalan xəbərlər yaymaqla məşğuldurlar.
Bir sözlə, Qərb dövlətlərinin dünyada və bizim bölgədə pis nəticələr doğuracaq siyasəti güclü informasiya təbliğatı aparılmaqla, ictimai zəmin yaradılmaqla həyata keçirilir. Bu prosesi həyata keçirən media quruluşlarından biri də bizim müxalifət qurumları və onların mətbuatıdır.
Bunlar xalqımıza həmin ölkələrdə baş verənləri o ölkələrin xalqlarına azadlıq, rifah bəxş etdiyi haqda cəfəngiyyat danışırlar. Təkcə Liviyada NATO müdaxiləsindən əvvəlki və sonrakı durumu yüngülvari müqayisə etəsək rel mənzərə ortaya çıxar.
Amma bizim müxalifət mətbuatı də heç günahsız öldürülən, şikəst edilən, dilənçi kökünə salınan milyonların səsini eşitmir-eşitdirmir, amma ingilis casusları ifşa edilərək həbs olunanda şivən qoparır. Bu da sizə Qərb demokratiyasının dəyərləri.
İndi Qazaxstanda, Rusiyada baş verən qarşıdurmalardan bərk sevincək olanlar Azərbaycanı da bu günə salmağa çalışırlar. Eybi yoxdur, qoyun yüzlərlə insan ölsün, şəhər və kəndlər döyüş meydanına çevrilsin,"lijbi" bunlar hakimiyyətə gəlsin. 90-ların əvvəllərinə qayıtmaq arzusu hələ də bu anarxistlərin beynindən çıxmır, lakin unudurlar ki, indi 3-cü minillikdir, indi siyasi mübarizənin yeganə sivil yolu var- seçkilər.
Buyurun cənablar, 2013-cü ildə çıxarın liderlərinizi xalqın qarşısına və görək bu xalq sizi dəstəkləyirmi? Bu sualın cavabını məndən yaxşı bilirsiniz, hər halda, axı son 17 ildəki bütün seçkilərin nəticələri ortadadır.
Məhz bu üzdən siz qeyri-sivil mübarizəni seçmisiniz, həm də xaricdən dəstək gözləməklə. O xaricdən ki, onlar heç zaman bu xalqın yanında olmayıblar, təkcə Qarabağ münaqişəsində tutduqları mövqeni misal çəksəm düşünürəm ki sizə kifayət edər.
Nə isə, cənab radikallar düşünürəm ki bu günlük bəsdir, sizin üçün növbəti mühazirəni sivil ölkələrdə sivil yolla hakimiyyətə gələn siyasi partiyaların təcrübəsinə həsr edəcəm. Həmişəki kimi təmənnasız mühazirə olacaq, hətta qəzetimizin saytından pulsuz da oxuya bilərsiniz. 40 qəpik də qalar cibinizdə...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB