Lökbatan qəsəbəsində yerləşən 7 saylı texniki peşə məktəbinin şagirdi 16 yaşlı Namiq Salmanovun peyvənd vurulduqdan sonra qəflətən dünyasını dəyişməsi peyvəndin zərər və ya xeyirli olmasını məsələsini yenidən gündəmə gətirdi.
Onsuzda bu gün elə valideynlər var ki, uşaq dünyaya gələn gündən elə doğum evindəcə peyvənddən imtina edirlər. Ancaq o da faktdır ki, ölkə ərazisində yaşayan uşaqların 90 faizi vaksinasiya edilir. Bəs görəsən bu gün uşaqlar necə və hansı xəstəliklərə qarşı peyvənd edilir və peyvəndlərin keyfiyyətinə zəmanət verilirmi?
Səhiyyə nazirliyindən öyrəndik ki, 1 yaşından 18 yaşına kimi uşaqlar 10-a yaxın xəstəliyə qarşı peyvənd edilir.
Məsələn, uşaq anadan olandan 2 saat sonra hepatit B (sarılığa qarşı), doğulandan sonrakı 4-5 gün müddətində BSJ-poliomielit (vərəmə və iflicə qarşı), 2 aylığında hepatit B, poliomielit, AKDS (göy öskürək, difteriya, tetanus), 3 aylığında AKDS, poliomielit, 4 aylığında hepatit B, AKDS, poliomielit, 1 yaşın tamamında R-mantu (vərəmi yoxlamaq üçün sınaq), R-mantudan 3 gün sonra QMP (qızılca, məxmərək, qulaqdibi peyvəndi), 1 yaş 8 aylıqda AKDS (AKDS-in revaksinasiyası), 6 yaşın tamamında R-ADS (difteriya, tetanus), R-QMP, 18 yaşa qədər hər ildə 1 dəfə R-mantu ( mantu sınağı) edilir.
Bundan əlavə əgər hər hansı bir epidemiya yayılarsa o zaman uşaqlarda daxil olmaqla bütün ölkə vətəndaşlarına peyvənd vurula bilər.
Peyvəndlərə zəmanət verilir?
Səhiyyə işçiləri isə peyvəndlənmənin zəruri olduğunu bildirirlər. Bununla belə ölkədə istifadə olunan peyvəndlərin tamamilə keyfiyyətli olduğuna zəmanət verirlər. Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov SİA-ya bildirib ki, peyvəndlər də bütün dərman preparatları kimi ölkəyə daxil olandan sonra mərkəzin laboratoriyasında ekspertizadan keçirilir və yalnız keyfiyyətli olduğu təsdiqləndikdən sonra istifadəyə verilir. P.Əzizbəyovun dediyinə görə, poliklinikada istifadə edilən peyvəndlərin köhnə olması ilə bağlı yayılan xəbərlər də real deyil: "Peyvənd üçün bütün preparatlar xüsusi yerlərdə saxlanılır və yalnız peyvəndləmə prosesi başlayanda poliklinikalara verilir. Ona görə də peyvəndin əks təsir göstərməsi mümkün deyil. O ki qaldı 16 yaşlı Namiq Salmanovun peyvənd vurulduqdan sonra dünyasını dəyişməsi ilə bağlı irəli sürülən fikirlərə ancaq onu deyə bilərəm ki, hələlik ekspertizanın rəyi məlum olmadığı üçün hər hansı bir fikir söyləmək düzgün deyil. Hər şey ekspertizanın rəyindən sonra məlum olacaq".
Yerigəlmişkən onu deyək ki, N.Salmanovun valideynləri də, oxuduğu peşə məktəbində də bildirilib ki, məktəbli heç bir xəstəlikdən əziyyət çəkməyib və tamamilə sağlam olub. Bunu onun peşə məktəbinə daxil olarkən təqdim etdiyi sağlamlıq haqqında arayış da sübut edir.
Həkim mütəxəssis Arzu Rəhimova isə bildirdi ki, peyvənd vurulmazdan əvvəl uşaq müayinədən keçirilməlidir: "Xəstə və ya allergiyaya meylli uşağa peyvənd vurmaq olmaz. Peyvənd aparılmazdan əvvəl uşaq ciddi yoxlanmalı, bədən temperaturu ölçülməli, həkim uşaq haqqında ətraflı məlumat almalıdır. Çünki xəstələnmiş uşağa peyvənd vurmaq ciddi fəsadlara səbəb ola bilər. Uşaq hər hansı bir xəstəlik keçirirsə, sadəcə soyuqdəyməsi olsa belə ona peyvənd vurmaq əks göstərişdir. Dəri-zöhrəvi, göz, burun-boğaz xəstəliklərindən də əziyyət çəkən uşaqlara peyvənd vurmaq yasaqdır".
Onu da öyrəndik ki, bu gün ölkədə istifadə edilən vaksinlərin böyük hissəsi Hindistan və Cindən alınır. Bu ölkələrdən gətirilən dərman preparatların keyfiyyəti isə daima mübahisə obyekti olub. Görünür, elə buna görə də peyvənd almış bəzi uşaqlar peyvənd aldıqları xəstəliyə yenidən yoluxurlar.
Peyvənd maxinasiyası
Son illər peyvəndlə bağlı irəli sürülən tərəddüdlü fikirlər sırasında peyvənd üçün nəzərdə tutulan preparatların qazanc məqsədi ilə dövriyyəyə buraxılması da var. Belə ki, bəzi ekspertlər hesab edir ki, peyvənd istehsal edən şirkətlər öncədən hər hansı bir xəstəliyin epidemiya halı alması ilə bağlı şayiə yaydıqdan sonra ona qarşı peyvənd icad edirlər. Bu məsələ "donuz qripi" xəstəliyinin yayılması ərəfəsində də gündəmə gəldi. Belə ki, bir çox mütəxəssislər israrla bildirdilər ki, əslində H1N1 "donuz qripi" adlı bir virus ümumiyyətlə, mövcud deyil. Sadəcə vaksin istehsalçısı şirkətlər bu virusla bağlı şayiə yayaraq dünya ölkələrinə qorxuya saldılar və bu yollar külli miqdarda gəlir əldə etdilər. Məsələn təkcə Azərbaycan "donuz qripi" əleyhinə olan "teraflu" dərmanı və külli miqdarda peyvənd almışdı. Ancaq həmin preparatlar pulsuz olsa belə heç kim onlardan istifadə etmədi.
Ancaq tepriyaya sübut edib ki, vaksinasiya yolu ilə bəzi təhlükəli infeksiyaların qarşısını almaq mümkün olub. Məsələn 50-ci illərdə ev heyvanları arasında yayılan quduzluq və vəba peyvəndləmədən sonra tibb ölüm hallarının qarşısını almağa müvəffəq olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB