Prof. Şahlar Əsgərov,

YAP İdarə Heyətinin üzvü

1995-ci il noyabrın 16-da keçirilmiş UNESKO Baş Konfransının 28-ci sessiyasında Tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olunmuşdur. Bu bəyannamədə tolerantlıq anlayışına belə açılış verilmişdi: "dözümlülük - ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir". Son onilliklərdə dünyada böyük dəyşiliklər baş vermişdir. Bu hadisələr də tolerantlıq fenomenini diqqətdə saxlanımasına və onun tarixi, elmi – fəlsəfi mahiyyətinin hərtərəfli araşdıılmasına ehtiyac duyulur.

Bəşəriyyətin keçdiyi son elmi-texniki inqilablar (mühərrikin və kompüterin ixtirası) dünyanı qloballaşdırdı. Yəni dünya dovlətlərini bir birindən qarşılıqlı asılılıq halına gətirildi. İndi insanlar saatda 1000 km sürəti ilə yerlərini dəyişə bilirlər. Nəticədə müxtəlif əlamətlərə malik (dərinin rəngi, irq, cins, dil, din, siyasi, milli, sosial və digər mənşəli əqidələr ) insanlar bir birinin içərisinə nüfüz edirlər. Müəyyən obyektiv və subyektiv səbəb ücündan miqrasiya etmiş insanlar, həyat səviyyəsi yüksək olan ölkələrdə gərgin hadisələrlə qarşılaşırlar. Bu hadisələri nizamlamaq üçün gəlmələrə yeni münasibət, dözümlü münasibət göstərmək reallığı yaranır. Bu yeni münasibətlər "tolerantlıq" adlanır. Azərbayca dilinə bu söz "dözümlülük" kimi tərcümə edilir. Hesab edirəm ki, bizim "dözümlülük" sözünün arxasında duran münasibət real vəziyyəti düzgün əks etdirmir. Bizim bu fenomenə münasibətimiz türk dilində işlədilən "xoşgörülü" ifadəsinə daha yaxındı. Azərbaycanda yadelliyə, gəlməyə münasibət həmişə yaxşı olubdır. Ancaq tarixi tərübə göstərir ki, lazım olandan daha çox tolerant olmaq bəzən bəlalar da gətirir. Misal üçün, ermənilər bizim isti dözümlülüyümizdən sui istifadə edərək, əvvəlcə bu torpaqda məskunlaşmış, sonralar isə torpaqlarımızi zaman-zaman ələ keçirə bilmişdilər.

Şərti olaraq tolerantlıq hadisəsini iki yerə bölmək olar: ölkədaxili və dövlətlərrarası tolerantlıq.

Ölkədaxili tolerantlıq Şərq ölkələrində qədimdən mövçuddur və bir mədəniyyət halına gətrilmişdir. Dövət daxilində müxtəlif millətlərin bir birinə məhəbbətli (xoşgörülü) münasibəti, bağışlamaq qabiliyyəti Qurani Kərimin bir neçə Sürə ayəsindən keçir. Misal üçün, Şura sürəsinin 43 ayəsində deyilir: "Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlayarsa, onun bu hərəkəti şəriətcə çox bəyənilən əməllərdəndir".

Tolerantlıq Şərq mədəniyyətində də geniş kök atmış hadisədir. "Allaha da qurban olum, onun qonağına da" misalı yad adama münasibəti göstərir. Həzrəti Mövlanaya görə, xoşgörülü olmaq insanlarla əlaqə yaratmanın ən yaxşı yoludur. Göründüyü kimi tolerantlıq Şərqdə qədimdə bir əxlaq məsələsi olubdu. Bu gün Sərqdə ruhu olan tolerantlıq var, həm lokal, həm də qlobal mənada.

Qərbdə tolerantlıq XVI əsrdən bəri diqqət mərkəzindədir. 1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. İndi elmi-texniki tərəqqi dövründə bu məsələyə hüquq müstəvisində baxılır. Başqa cür desək, Qərbdə qlobal mənada (millətlərarası) tolerantlığın ruhu zəif olduğundan ona hüquq müstəvisində geniş yer ayrılır.

Azərbaycanda tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir. Bu səbəbdən də bu istiqamətdə çoxlu büynəlxalq tədbirlərə ev sahibliyi edir. Misal olaraq, cari ilin aprel ayında Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu və oktyabr ayında Azərbaycan və Rusiya Prezidentlərinin təşəbüsü ilə keçrilən "XXI əsr: ümidlər və çağırışlar" devizli Beynəlxalq Humanitar Forum göstərmək olar. Hər iki forumun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu açılışında çıxış edən Prezident qeyd edib ki, bu Forumun Bakıda keçirilməsi təsadüfi deyil. Çünki Azərbaycan qədim dini və milli tolerantlıq ənənələrinə malikdir. Prezident bu fenomenə münasibətini belə ifadə etmişdir:

"İndi mədəni müxtəliflik, çox mədəniyyətlilik məsələləri geniş müzakirə olunur. Və əgər bu gün kimsə çox mədəniyyətliliyə qarşı çıxırsa, bu halda soruşmaq lazımdır ki, o, bunun əvəzində nə təklif edir? Özünü təcrid etmənimi?"

Və ya: "Müxtəlif millətlərin və dinlərin nümayəndələri həmişə Azərbaycanda bir ailə kimi yaşayıb və dövlətin bərabər müdafiəsindən istifadə ediblər. Biz istəyirik ki, bizim təcrübəmiz öyrənilsin və başqa ölkələrdə maraq doğursun, çünki bu, nadir təcrübədir".

Bu "nadir təcrübə" diqqətə çatdırmaq üçün Prezident əlavə edir: "Azərbaycan mədəni müxtəlifliyin zəruriliyi haqqında müzakirələrin getdiyi indiki dövrdə, dünyaya özünün milli və dini tolerantlıq təcrübəsini təklif edir ... biz tam əminik ki, milli və dini amilindən asılı olmayara, istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr olmalıdır, eyni zamanda, siyasi iradə olmalıdır. Azərbaycanda hər iki amil mövcuddur".

Tolerantlıq ilə millilik harmoniyada olanda, tolerantlıq Prezident İlham Əliyevin dediyi kimi "güc mənbəyinə" çevrilir. Bu tezisin təsdiqi üçün ABŞ və B.Britaniyanın təcrübəsini yada salmaq kifayətdir.

Azərbaycanda tolerantlıq ənənəsi var. Yaxın tariximizdən bir neçə misal gətirmək istəyirəm. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin bir kəlamında deyilir: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".

Başqa bir kəlamında ulu öndər deyir: "Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama lazımdır".

Beynəlxalq tolerantlıq günü ərafəsində məqaləyə son vermək üçün ulu öndər Heydər Əliyevin başqa bir fikirindən istifadə etmək istəyirəm: " Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacağıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq"!


P.S. Əlavə olaraq yada salmaq istəyirəm ki, Bakı 2009-cu ildə ildə, Naxçıvan isə 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı elan edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə