Hər gün onlarla xəstənin qana olan tələbatını ödəmək üçün qan ehtiyatının olması vacibdir. Ancaq ağır xəstələrin mütəmadi olaraq qan catmamazlığı üzündən vəziyyətinin ağırlaşdığı, əməliyyata getməzdən öncə donor axtarmağa və ya əməliyyat başlamazdan öncə yaxınlarının qan verməyə gəldiyini bildirilir. Bu gün bu cür xəstələrə daha çox xəstənin yaxınlarının qanı vurulur. Əgər xəstənin qan qrupundan olan donor tapılmazsa, vəziyyət acınacaqlı olur.
Problemlərin daha çox regionlarda özünü büruzə verdiyi deyilir. Regionlarda qan çatlamazlığı ilə yanaşı, qanın paytaxta düzgün çatdırılmaması da narazılıqlara səbəb olur. Məsələn, qan xüsusi termostatda gətirildiyi halda, şüşə qabda gətirilir ki, bu da qanın keyfiyyətinə təsir edir.
Səhiyyə Nazirliyi isə vəd edir ki, 2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramının həyata keçirilməsi" və "Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi" çərçivəsində bu sahədə olan problemlər çözüləcək.
İlin sonuna kimi ölkədə 60 min nəfər donor olacaq
Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının mütəxəssisi Həqiqət Əliyeva isə əvvəlki illərlə müqayisədə son illər donorların sayı artdığını dedi: "Hər ay bu sayda artım qeydə alınır. Hər il donorların sayı yeddi min nəfərə yaxın artır. İlin sonuna kimi ölkədə 60 min nəfər donorun olacağa proqnozlaşdırılır". H. Əliyeva qan bankının bir hissəsinin donorların hesabına, qalan hissəsinin isə keçirilən aksiyalarda qan verənlərin hesabına formalaşdığını dedi. Yığılan qan əsasən cərrahiyyə əməliyyatları, travmatologiya və ginekologiya, qan dəyişdirilməsi zamanı istifadə olunur.
Hazırda qana daha çox irsi xəstəliklərdən əziyyət çəkənlərin var. Bu xəstələr daima xəstəxananın nəzarətində olur və onlara qan köçürülür".
H.Əliyeva ölkədə qan donorunun və qan ehtiyatının artırılması üçün müxtəlif işlər aparıldığını da dedi: "Qeyd edim ki, hər gün Mərkəzi Qan Bankından 100 yaxın qan vahidi buraxılır. Region filiallarında da təxminən eyni miqdarda qan paylanır. Ancaq ehtiyacı tam ödəmək üçün donorların sayını artırmaq zəruridir. Ehtiyatda 200-300 yaxın qan vahidi olur. Ancaq bəzən elə nadir qan qruplarından olan xəstələr olur ki, qan mərkəzlərinə müraciət edirik".
Donorluq səhhət üçün xeyirlidir
Mütəxəssis donorluğun şərtləri haqda da məlumat verir: "Bəzi insanlar elə düşünür ki, bu insan səhhəti üçün problem yarada bilər. Ancaq əksinə, qan verməklə bir çox xəstəlikləri aradan qaldırmaq mümkündür. Bununla yaşlı insanlarda gümrahlıq, sklerozdan əziyyət çəkənlərdə yaddaşın yaxşılaşması və s. problemlərə son qoyula bilər Bir donordan 200-400 qram qan alınır\".
Bəzən qanın keyfiyyətinin aşağı olması kimi də fikirlər səslənir. Bu nə dərəcədə realdır sualının cavabında mütəxəssis bildirdi ki, bu fikirlərin əsası yoxdur, çünki donorlar qa verməzdən öncə ciddi sürətdə mütəxəssislər tərəfindən yoxlanılır və xüsusi komissiyadan keçir: "Qan verən şəxslərdən digərlərinə xəstəliyin keçiməməsi üçün bankda xüsusi komissiya fəaliyyət göstərir. İlk növbədə donorun səhhətinə fikir verilir. Donorun qanı öncə müayinə olunur, sonra qan qrupu müəyyənləşdirilir. Müayinədən sonra, xüsusi komissiyada sağlamlığı haqqında müsbət rəy verdikdən sonra donordan qan götürülür. İnfeksion, vərəmin açıq forması, ürək çatışmazlığı, revmatizm, beyin iflici və digər ciddi xəstəlikləri olan adamlardan qanın götürülmür.
Ehtiyaca olanlara yardım edilir
Qeyd edək ki, ölkədə qana ehtiyacı olanlara yardım etmək məqsədi ilə mütəmadi olaraq ayrı-ayrı şirkətlər, dövlət qurumları təşkilatlar qan vermə aksiyaları təşkil edərək yardım göstərirlər. Apardığımız araşdırma zamanı öyrəndik ki, daha çox qan ehtiyatı Məhərrəmlik ayında keçirilən aksiyalar zamanı toplanır. Könüllü keçirilən aksiyalarda iştirak edən qurumlardan öyrəndik ki, toplanan qan daha çox irsi qan xəstəliklərində əziyyət çəkənlərə verilib. Könüllü aksiya keçirənlər sırasında olan "AccessBank" talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün keçirdiyi qanvermə aksiyasından toplanan donor qanını 500 talassemiyalı uşağın müalicəsinə yönəldib.
"Gənclərin Töhfəsi" İctimai Birliyindən isə bildirildi ki, birliyin üzvləri və könüllülərin iştirakı ilə keçirilən aksiyada toplanan qan 600-dən çox hemofiliyalı xəstəyə yardım üçün verilib. Birlikdən bildirildi ki, hər il ölkədə 500-600 talassemiyalı uşaq dünyaya gəlir: "Bu rəqəm problemin nə dərəcədə ciddi olduğunu göstərir. Birlik bu uşaqlara yardım etmək üçün aksiyaları mütəmadi keçirir ki, imkan daxilində ehtiyacı olan xəstələrə yardım edək".
"İRƏLİ" Gənclər Təşkilatı da xeyriyyəçilər sırasındadır
Təşkilatın keçirdiyi aksiyada yığılan qanın qan bankına verildiyi bildirildi: "Hər hansı yoluxucu xəstəlik (Hepatit A, B, C, QİÇS və s. ) daşıyıcısı olmayan hər bir kəs bizim aksiyalarda iştirak edir. Toplanan qanlar xüsusi mütəxəssislər tərəfindən yoxlanılır və qan bankına verilir".
Qan Donorları Assosiasiyada da bu sahədə aktiv fəaliyyətdədir. Assosiasiyasından bildirildi ki, insanları düzgün maarifləndirərək könüllü qanverməyə səsləmək lazımdır: "İl ərzində qanvermə aksiyaları ilə bağlı elanlar verilir və insanlar bu aksiyalara könüllü qoşulur. Məhərrəmlik ayında, xüsusən Aşurada keçirilən aksiyalarda qan vermək istəyənlərin sayı daha çox olur. Toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsinə yönəlir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB