Qafqaz regionunda ekstremist qüvvələr millətçilik kartı ilə oynamağa çalışırlar - ARAŞDIRMA
Sirr deyil ki, dünyada cərəyan edən hadisələrin acı nəticələrindən biri də ekstremizm və separatizmin törətdiyi bəşəri cinayətləridir. Demək olar ki, bir çox ölkələrin dövlətçilik faktorunda bu kimi arzuolunmaz halların yaşanması baş vermiş və həmin dövlətlər separatizm və ekstremizm meyillərini praktiki həyatlarında yaşamışlar. Buna ən bariz misal isə hazırda ölkəmizin hələ də müharibə şəraitində yaşamasını göstərmək mümkündür. Torpaqlarımızın 20 faizinin mənfur qonşumuz Ermənistan respublikası tərəfindən işğal edilməsi bu ərazilərimizdə də separatçılığın və ekstremizmin yayılmasına səbəb olub. Ümumiyyətlə, sözügedən amillər bütövlükdə bəşəriyyətin təhlükəsizliyini böyük sual altında qoyur. Lakin istər dini, istər siyasi, istərsə də başqa tipli separatizm və ekstremizm meyillərində digər faktor da mövcuddur ki, həmin faktorlardan biri də bu vasitənin elektron, ya da KİV vasitələri ilə yayılmasıdır. Belə ki, nəinki Azərbaycanda, eləcə də Qafqaz regionunda ekstremist qüvvələr müxtəlif KİV-in və internetin köməyi ilə millətçi dözümsüzlük, milli azlıqlar arasında ekstremist və separatçı əhval-ruhiyyələrin qızışdırılmasına yönəlmiş ardıcıl təbliğatlar aparmaqla bölgədə sabitliyin yaradılması istiqamətində aparılan işlərə qarşı baryer rolu oynayırlar.
Məhz bu səbəbdəndir ki, son vaxtlar dini-siyasi ekstremizm getdikcə genişlənməsi müşahidə olunmaqdadır. Bu gün yanlış istiqamətdə olan bir çox müxtəlif ekstremist qruplar öz bəd və çirkin məqsədlərini reallaşdırmaqdan ötrü, radikal dini ideyalardan istifadə etməklə dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə yönəlmiş fəaliyyəti həyata keçirməyə cəhd göstərirlər. Onların başçlıca məqsədləri cəmiyyətdə yaranmış və davamlı xarakter alan sabitliyi pozmağa, dini və sosial vəziyyəti süni olaraq kəskinləşdirməyə səy göstərirlər. Belə bir şəraitdə dini ekstremistlər öz "ideyalarını" vətəndaşlar arasında yaymaq və təsirini gücləndirmək üçün əhalinin müəyyən təbəqələrinin ağır sosial-iqtisadi vəziyyətindən şəxsi mənfəətləri naminə istifadə edir, eləcə də terror aktlarından, təxribatlardan və digər zorakı hərəkətlərdən yararlanmaqla məqsədlərinə çatmağa çalışırlar.
Yeddi dini-ekstremist qrupun hüquqazidd fəaliyyətinin sübutları toplanmışdır
Ancaq bütün bunlara rəğmən, Azərbaycanın hüquq mühafizə orqanları və digər müvafiq güc strukturları bu cür fəaliyyətlərin qarşısını almaq üçün əldə olan bütün zəruri tədbirlərdən istifadə edirlər. Belə ki, xüsusi xidmətlər tərəfindən ölkəmizdə beynəlxalq humanitar təşkilatiar adı altında fəaliyyət göstərən yeddi dini-ekstremist qrupun hüquqazidd fəaliyyətinin sübutları toplanmışdır. Nəticədə həmin təşkilatların dövlət qeydiyyatı ləğv edilmiş, onların fəaliyyəti qadağan olunmuşdur.
Bu cür dini ekstremist fəaliyyətin qarşısının alınması ilə bağlı məlum son hadisələr arasında rəsmi
qeydiyyatı olmayan "Azərbaycan İslam Partiyası"nın və bu təşkilat ilə əlaqədar şəriət qanunları ilə
idarə olunan dövlət yaratmağa açıq çağırışlar edən dini icma üzvlərinin həbsini göstərmək mümkündür.
Lakin bu da son deyil. Çünki məsələnin digər tərəfi də mövcuddur ki, bu da bilavasitə radikal vəhhabi təşilatlarının ölkə ərazisində qeyri-qanuni, qaranlıq fəaliyyətləri ilə bağlıdır. Xatırladaq ki, bir sıra vəhhabi təşkilatları eləcə də mənəvi terror vasitələrindən istifadə edirlər. Onlar xüsusilə gənclər arasında öz təbliğatlarını qurmaqla məqsədlərinə nail olmaq istəyirlər. Hətta bunun müqabilimdə bir növ zombiləşdirmək istədikləri gənclərə ilk zamanlarda maddi dəstək də göstərirlər. Artıq o da məlumdur ki, sözügedən radikal vəhhabi təşkilatları bütövlükdə Qafqaz regionunda sabitliyi pozmağa, xüsusilə də Şimali və Cənubi Qafqaz ərazilərində dini-fundamentalist dövlət yaratmağa cəhd edirlər. Əgər nəzərə alsaq ki, radikal vəhhabi dini təşkilatları özlərindən başqa hər kəsi "düşmən" elan edirlər, bu zaman onların daha hansı məqsədlərə xidmət göstərmələri kifayət qədər sərgilənmiş olur.
Dini ekstremizmin milli təhlükəsizliyə təsir qüvvələri
Qəbul etmək mümkündür ki, millətçi ekstremizmlə bərabər, dini ekstremizm Azərbaycanın milli təhlükəsizliyi üçün ciddi risklərdən hesab olunur. Bu səbəbdən də dini ekstremizmin miqyası, onun dövlətlər arasında yaranmış xarakteri bu mənfi, ciddi təhlükə daşıyan təzahürə qarşı birgə mübarizə sisteminin təkmilləşdirilməsini, müxtəlif dövlətlərin uzunmüddətli səylərinin əlaqələndirilməsini zərurətə çevirmişdir. Bəs həmin mübarizə hansı istiqamətdə qurulmalıdır? Ümumiyyətlə, həmin mübarizəni qalibiyyətlə nəticələnməsi üçün daha hansı texnologiyalardan istifadə edilməlidir? Təbii ki, burada ilk növbədə informasiya meyarları əsas vəzifə kimi irəli sürülür. Daha dəqiq desək, beynəlxalq səviyyədə uzlaşdırılmış siyasət işləyib hazırlamaq üçün informasiya mübadiləsini daha da genişləndirmək, şaxələndirmək ehtiyacı mövcuddur.
Bütün zamanlarda ölkəmiz Azərbaycan həmişə müxtəlif millətlərə və dinlərə mənsub insanların dinc yanaşı yaşamaq nümunəsi olmuşdur. İstər SSRİ süquta uğramamışdan öncə, istərsə də dövlət müstəqilliyi əldə etdikdən sonra, Azərbaycan çoxmillətli dövlət kimi tanınmış, burada yaşayan müxtəlif xalqlar arasında heç bir fərq qoyulmamışdır. Bu gün bu təzahür daha geniş tərkibdə formalaşmış, inkişaf etmişdir. Azərbaycan rəhbərliyi milli və dini tolerantlığın qorunub saxlanmasını və möhkəmlənməsini müasir demokratik dünyəvi dövlət kimi inkişaf etməyin ən mühüm şərtlərindən biri hesab edir.
"Millətçi ekstremizm və separatizm nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb"
Lakin bir daha vurğulamaq vacibdir ki, ekstremizmin dağıdıcı, acı nəticələri Azərbaycandan yan keçməyib. Məhz millətçi ekstremizm və ondan qidalanan təcavüzkar separatizm ucbatından bu gün ölkəmizin ərazisinin 20 faizi Ermənistan Respublikası tərəfindən işğal edilib. Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq görüşündə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev öz çıxışında bəyan edib ki, bu qədər genişmiqyaslı millətçi ekstremizm və separatizm nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində azərbaycanlıların kütləvi şəkildə qırılması faktları qeydə alınıb: "Xocalıda heç bir təqsiri olmayan yüzlərlə qadın, uşaq, qoca öldürülüb. 2000-dən çox dinc vətəndaşın həyatı bahasına başa gəlmiş və qarşıdurma xəttindən neçə kilometr kənarda törədilmiş onlarca terror aktı konkret məqsədin reallaşdırılması - Azərbaycan ərazisinin bir hissəsinin onun əlindən alınması üçün həyata keçirilib. Bu halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını ekstremizm və separatizm təşkil edir və bu münaqişə bütün Cənubi Qafqaz regionunda təhlükəsizliyə və sabitliyə təhdid mənbəyidir".
Son 50 ildə erməni separatçıları Azərbaycandan oğurluq yolla 14,5 milyard dollar vəsait çıxarıblar
Yuxarıda qryd etdiyimiz kimi, bu günkü separatizm təkcə XX əsrin separatizmi deyil. Belə ki, son 50 ildə erməni separatçıları oğurluq yolları ilə Azərbaycandan 14,5 milyard dollar vəsait çıxarmağa nail olublar. Azərbaycanda həmişə erməni separatizmi olub və bu gün də bunun köklərini hələlik qoparmaq mümkün olmur. Lakin həmin vaxta da çox qalmayıb…
Eyni ssenarilə Azərbaycanın cənub bölgəsində də \"Talış Muğan Respublikası\" kimi qondarma bir qrup separatizm meyilli çevrilişə cəhd etdi.
Onun ardınca respublikanın şimal bölgəsində parçalanma qorxusu yarandı. 1995-ci il noyabrın 3-də RF-in Dövlət Dumasına şimal bölgəsinin 870 nəfər sakini (əsasən separat təxəyyüllülər) müraciət edərək \"Ləzgistan Respublikası\" kimi ərazinin Rusiyanın tərkibinə qatılmasını istədilər.
Araşdırmalarımıza görə, bu gün MDB məkanındakı separatizm (əsasən Cənubi Qafqazdakı) transmilli cinayətlərdə, \"qara beynəlmiləlçi\" beynəlxalq terror təşkilatlarında iştirak edir. Mütəşəkkil cinayətkarlıqda, narkoticarətdə, insan alverində və terror aktlarında, korrupsiya və uşaq oğurluğunda XXI əsr separatizmi aktiv mərhələyə keçib. Məlumata görə, Cənubi Qafqaz regionlarında (Ermənistanın) hökumət və dövlət strukturlarında 29 faiz separatizmdən çıxan şəxslər əyləşib (ABŞ. Professor O.Fayyer), H.Kissincer adına Strateji Araşdırmalar Mərkəzinin məlumatlarını təhlil edən professor yazır: \"...Mən anlamıram ki, Ağ Ev rəsmiləri MDB məkanında separatizmə münasibətdə nə üçün gözləmə mövqeyi tutur. Məsələn, Vaşinqton Ermənistandakı separatizmə həmişə pərdə arxasından boylanır, onlarla danışıqlar aparır, onlarla məsləhətləşir də... İrəvanda qurulmuş separatçı dövlət qurumlarını görməmək mümkün deyil...\"
Sonda bir daha Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin fikirlərinə nəzər salmaqla belə qənaətə gəlmək mümkündür ki, Qafqaz regionunda digər ekstremist qüvvələr də millətçilik kartı ilə oynamağa çalışırlar: "Onlar müxtəlif kütləvi informasiya vasitələrinin və internetin köməyi ilə millətçi dözümsüzlük, milli azlıqlar arasında ekstremist və separatçı əhval-ruhiyyələrin qızışdırılmasına yönəlmiş təbliğat aparırlar. Bir sıra hallarda bu qüvvələrin fəaliyyəti transsərhəd xarakteri daşıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB