Tənəzzül, aclıq və yalan üzərində “yaşayan” məzlum erməni xalqı - ANALİZ
Artıq bir ölkə olaraq məhvinin astanasına çatmış Ermənistanda sosial-iqtisadi sferada böyük tənəzzül yaşandığı beynəlxalq miqyasda da açıq etiraf edilir. Bunu müxtəlif beynəlxalq araşdırma mərkəzlərinin hazırladığı hesabat və digər sənədlərdən, verilən ekspert rəylərindən də aydın görmək mümkündür. Məsələn, ABŞ-ın məhşur "Forbes" jurnalı dünyanın ən pis iqtisadiyyata malik ölkələrı sırasında Ermənistanı ilk yerlərdən birinin sahibi kimi göstərir. Dərgidə siyasi-iqtisadi ekspertləri araşdırmaları bir daha sübut edir ki, hazırda Ermənistan dünyada ən bərbad iqtisadiyyata malik ölkədir.
Reytinq cədvəlinə nəzər salarkən, "Forbes"in diqqət yetirdiyi əsas məqamlar aşağıdakılar olub:
inflyasiya nəzərə alınmaqla son 3 ildə ümumi daxili məhsulun artım səviyyəsi;
adambaşına düşən ümumi daxili məhsulun həcmi;
cari ödəmə balansının saldosu;
Beynəlxalq Valyuta Fondunun dünya ölkələrinin 2012-ci ildəki iqtisadiyyatına dair proqnozu;
ölkələr üzrə iqtisadi vəziyyətin analizi.
Bütün bu göstəricilər üzrə aparılan dəyərləndirmələr nəticəsində "Forbes"in ekspertləri bu qənaətə gəliblər ki, dünyanın ən qeyri-səmərəli və etibarsız iqtisadiyyata malik ilk iki ölkəsindən biri məhz Ermənistandır. Dünya iqtisadiyyatının antilideri olaraq dəyərləndirilən Ermənistanda bu sahədə vəziyyətin daha da pisləşməsi istisna edilmir. Bunu şərtləndirən əsas amillərdən biri Ermənistanın 2009-cu ildə özünün zirvə nöqtəsinə çatan qlobal maliyyə böhranının fəsadlarından hələ də xilas ola bilməməsidir. İş yerlərinin ixtisarı, qiymətlərin sürətlə qalxması, iqtisadi tənəzzülün dərinləşməsi də Ermənistana daha böyük problemlər vəd edir.
Əhalinin maddi gəlirlərinin inflyasiya göstəricələrinə uyğun olmaması sosial çətinliklərin miqyasının genişlənməsinə, hakimiyyətdən duyulan narazılığın daha da dərinləşməsinə yol açır. MDB Statistika Komitəsi də yüksək inflyasiya göstəriciləri baxımından Ermənistanın MDB üzvləri arasında ilk beşlikdə yer aldığını bildirir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən Statistika Komitəsinin məlumatına görə, MDB ölkələri arasında ən aşağı inflyasiya isə məhz Azərbaycanda qeydə alınıb.
Ermənistanda mövcud ağır iqtisadi durumun sosial gərginliyi daha da gücləndirəcəyi, hətta Serj Sarkisyan iqtidarının vaxtından əvvəl hakimiyyətlə xudahafizləşməsinə yol açacağını düşünənlərin sayı da artır. Bu ölkənin sabiq prezidenti, hazırda əsas müxalif qüvvələrin cəmləşdiyi Ermənistan Milli Konqresinə rəhbərlik edən Levon Ter-Petrosyan gərgin iqtisadi vəziyyəti növbədənkənar parlament və prezident seçkilərinə yol açan əsas səbəblərdən biri kimi dəyərləndirir: "Son dövrlər hakimiyyət nümayəndələri tutuquşu kimi harada gəldi təkrar edirlər ki, Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir əsas yoxdur. Yəni, 2008-ci ilin saxtalaşdırılmış prezident seçkiləri, 1 mart qırğını, yüzlərlə siyasi xadimin həbsi, Ermənistan parlamentinin sıfır reytinqinə malik olması, getdikcə dərinləşən sosial-iqtisadi böhran, hər yerdə genişlənən korrupsiya, fəlakət həddinə çatan miqrasiya, idarəolunmaz inflyasiya, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemin həlllinin daha da mürəkkəbləşməsi hakimiyyətə görə növbədənkənar seçkilərin keçrilməsi üçün əsas ola bilməz. Bəs, görəsən, daha hansı səbəblər olmalıdır ki, hakimiyyət növbədənkənar seçkilərin keçrilməsinin zəruriliyini dərk etsin?".
Levon Ter-Petrosyan onu da xatırladıb ki, sonuncu qlobal maliyyə böhranından sonra yaranan sosial narazılıq nəticəsində yeddi Avropa ölkəsində hakimiyyət dəyişikliyi baş verib: "Bu, ölkədaxili siyasi gərginliyin azaldılması üçün yeganə sivil mexanizmdir. Əgər sözügedən mexanizm Ermənistanda işləməsə, onda bəzi ərəb ölkələrində hakimiyyət dəyişikliyinə yol açan hadisələrin Ermənistanda da təkrarlanması qaçılmaz olacaq".
Hələlik Ermənistan iqtidarı əhalinin sosial və digər zəminli etirazlarının qarşısını repressiv metodlar hesabına almağa çalışır. Yaranan vəziyyətdə Ermənistanda qalan əhalinin böyük əksəriyyəti vəziyyətdən ən yaxşı çıxış yolunu yenə ölkəni tərk etməkdə, müxtəlif xarici dövlətlərdə məskunlaşmaqda görür. Bu hal isə miqrasiya ilə bağlı elə erməni ziyalılarının özləri tərəfindən daha ciddi həyəcan təbili çalınması ilə müşayiət olunur. Artıq ölkədən əmək qabiliyyətli insanların misilsiz və davamlı xarakter alan miqrasiyasının fəlakət həddinə çatdığını etiraf edən bir qrup erməni ziyalısı hətta vəziyyətə müdaxilə etmək üçün parlamentin spikeri Ovik Abramyana və baş nazir Tiqran Sarkisyana müraciət edib.
Müraciətdə bildirilir ik, ölkədə demoqrafik vəziyyət həddən artıq pisləşib: "Ermənistanda yaşanan miqrasiya milli və iqtisadi fəlakət həddinə yüksəlib".
Ermənistan Yazıçılır İttifaqının sədri Levon Ananyanın bu xüsusda fikirləri olduqca maraqlıdır: "Quru çörəyə belə, olan ehtiyac və tələbat insanların Rusiyaya, Avropaya, Amerikaya, hətta Türkiyəyə miqrasiya etməsinə səbəb olur. Xüsusən də, sərhəd kəndlərin boşalması daha çox narahatedicidir. Qonşumuz Azərbaycana diqqət yetirsək, burada tamam fərqli vəziyyətin olduğunu görərik. Azərbaycan sərhəd məntəqələrinə dövlət büdcəsindən ayrılan subsidiyaların həcmini iki dəfə artırıb".
"Alternativ" tədqiqat mərkəzinin rəhbəri Tatul Manaseryan isə qeyd edib ki, Ermənistandan miqrasiya axını həm də ölkənin milli dəyərlərinin itirilməsinə gətirib çıxarır. Bununla yanaşı, o vurğulayır ki, miqrasiya digər parametrlər baxımından da ciddi demoqrafik təhlükələr yaradır: "Həmin təhlükələrdən biri əhalinin qocalmasıdır. Ölkədə əhalinin artımı ilə bağlı ciddi problemlər var və əslində, heç bir artım yoxdur. Əksinə, xaricə gedənlərin sayının çoxalması səbəbindən Ermənistanda əhalinin sayı sürətlə azalır".
Bununla yanaşı, Ermənistandan xaricə kapital axını da bu ölkə üçün təhlükəli həddədir. Ermənistanın "Qraparak" qəzeti yazır ki, indi 3 mindən artıq erməni şirkəti Gürcüstana köç edib. Özü də buraya çoxsaylı kiçik və orta biznesin təmsilçiləri daxil deyil. Qəzet onu da vurğulayır ki, Ermənistandan kapital axını artıq dönməz hal alıb və bu, ölkə iqtisadiyyatının uçuruma yuvarlanması prosesini sürətləndirir.
RÖVŞƏN
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB