Çin ABŞ-a qarşı əlavə ticarət rüsumların tətbiqini müvəqqəti təxirə salıb
Çin ABŞ-a qarşı əlavə ticarət rüsumların tətbiqini müvəqqəti təxirə salıb. SİA-nın məlumatına görə, bu barədə Çin Dövlət Şurası yanında Tarif və Yığımlar Komitəsinin yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, Çin dekabrın 15-dən ABŞ avtomobillərinə 25 faiz, avtomobil parçalarına da 5 faizlik rüsumun tətbiq olunması barədə qərar qəbul etmişdi.
Bəyanatda həmçinin bildirilib ki, komitə ABŞ-dan idxal olunan yeni növ malların rüsumdan azad edilməsi üzrə işləri davam etdirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə