Gürcüstanda vəziyyət gərginləşir

Gürcüstanda seçki tələb edən minlərlə vətəndaş yenidən ayağa qalxıb. SİA-nın xəbərinə görə, ölkənin paytaxt şəhəri Tbilisidəki nümayişlərin ikinci günündə etirazçılar parlament binasına tərəf yürüş etmək istəyiblər. Təhlükəsizlik qüvvələri dərhal təzyiqli su ilə etirazçılara müdaxilə ediblər. Daha sonra gözyaşardıcı qazdan da istifadə olunub. Bəzi nümayişçilər də polis tərəfindən saxlanılıb.

Aksiyada iştirak edən müxalifət partiyalarının rəhbərləri də parlamentin işlərini boykot ediblər.

Etirazçılar tələbləri təmin edilməyənə qədər parlamentin bloklanmasını davam etdirəcəklərini bildiriblər. Tələblər proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi, hökumətin istefası və Mərkəzi Seçki Komissiyanın tərkibinin dəyişdirilməsidir.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...