Latviyalılar özlərini xoşbəxt hiss etmirlər

“Eurostat”ın 25 Avropa ölkəsində keçirdiyi sorğulara əsasən özünü ən az xoşbəxt hiss edənlər latviyalılardır. SİA xəbər verir ki, aparılan sorğularda məlum olub ki, Latviya əhalisinin yalnız 31 faizi özünü xoşbəxt hiss etdiyini bildirib. Özlərini ən xoşbəxt hiss edənlər Belçikada (76 faiz) yaşayır.

Bundan əlavə onballıq şkala üzrə insanların həyat şəraitindən razılığı da hesablanıb. Belə ki, Avropa İttifaqı üzrə ortalama razılıq faizi 7,3 təşkil edib. Latviyada bu göstərici 6,7, Estoniyada 7, Litvada 6,4-dür. Burada ən az göstərici Bolqaristanda (5,4), ən yuxarı isə Finlandiyada (8,1) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...