ABŞ-ın 500 hərbçisi və hərbi texnikası Riqa limanına daxil olub

ABŞ-ın ordusunun 500 hərbçisi və onlarla hərbi texnikası çərşənbə günü Latviya paytaxtı Riqanın limanına daxil olub. SİA “voiceamerica”ya istinadən xəbər verir ki, hərbi qüvvələrin altı ay müddətinə bölgədə yerləşdirilməsi müttəfiqləri prezident Trampın Avropanın şərq cinahının müdafiəsinə sadiq qaldığına əmin etmək məqsədi daşıyır.

Hərbi qüvvələr 2020-ci ilin yaz aylarında Baltik ölkələri və NATO-nun qalan hissəsi arasında yeganə quru yol olan Suvalki dərəsinin müdafiəsinin məşqi məqsədilə keçiriləcək hərbi təlimlərdən sonra bölgəni tərk edəcək.

Qeyd edək ki, 2014-cü ildə etibarən Britaniya, Kanada, Fransa və Almaniya da daxil olmaqla müttəfiq ölkələrin hərbi qüvvələri NATO-nun digər üzvləri olan Polşa, Litva, Latviya və Estoniya hərbi qüvvələri ilə vaxtaşırı olaraq Baltik ölkələrində yerləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə