Ekvadorda onlarla məhbus həbsxanadan qaçdı

Ekvadorun Potovyexo şəhərində onlarla məhbus həbsxanadan qaçıb. SİA-nın verdiyi məlumata görə, hadisə ilə bağlı ölkənin daxili işlər naziri Mariya Paula Romo açıqlama verib. Nazirin sözlərinə görə, məhbusların qaçışı həbsxanadakı etirazların fonunda baş verib.

Qaçmış 50 nəfərin artıq saxlanıldığı qeyd edilib. Hazırda hüquq-mühafizə orqanları qaçması ehtimal edilən digər məhbusların olub-olmamasını araşdırır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...