Meksikada furqonun dərəyə aşması nəticəsində 7 nəfər ölüb

Meksikada furqonun 40 metrdən çox dərinliyi olan dərəyə aşması nəticəsində 7 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb. SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, bu barədə "Jornada" nəşri yazıb. Avtoqəza İdalqo ştatında baş verib. İlkin məlumata görə, sürücü idarəetməni itirib. Avtomobildə orkestrdə iştirak edən uşaqların valideynləri gedirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...