Yaponiyanın yeni İmperatoru Naruhito mayda həmin vəzifəni tutduqdan sonra ilk dəfə ölkə parlamentində çıxış edib. SİA xəbər verir ki, avqustun 1-də İmperator Naruhito parlamentin növbəti sessiyasının açılış mərasimində iştirak edib.
Yarli vaxtla saat 14:45 dəqiqədə parlamentə gələn İmperatoru aşağı və yuxarı palataların sədrləri qarşılayıb. Açılış mərasimi saat 15:00-da parlamentin binasında başlayıb.
Mərasimdə çıxış edən İmperator Naruhito dövlətin ali orqanı olan parlamentin həm ölkə daxilində, həm də xaricdə öz vəzifələrini layiqincə yerinə yetirərək, vətəndaşların gözləntilərini doğruldacağına ümidvar olduğunu bildirib.
Çıxışdan sonra qanunvericilər qarşısında baş əyən İmperator zalı tərk edib.
Parlamentin çağırılması Yaponiya dövlətinin rəmzi olan İmperatorun rəsmi vəzifələrindən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə