Lavrov Gürcüstana uçuş qadağasının ləğvinin şərtlərini açıqlayıb Lavrov

Rusiya, ölkə vətəndaşlarının təhlükəsizliyi ilə bağlı təhdidlər aradan qaldırılarsa xüsusilə hava səfərləri daxil olmaqla Gürcüstana qarşı qoyuşmuş qadağaların ləğvini nəzərdən keçirə bilər. SİA-nın verdiyi məlumata görə, bunu "Arqumenti i faktı" qəzetinə verdiyi müsahibəsində xarici işlər naziri Sergey Lavrov açıqlayıb.

"Ümid edirik ki, Gürcüstan hakimiyyəti ölkədəki ictimai-siyasi vəziyyəti sabitləşdirə və rusların təhlükəsizliyinə qarşı mövcud təhlükələri aradan qaldıra bilər. Əgər bu baş verərsə Rusiyanın tətbiq etdiyi təhlükəsizlik tədbirlərinin ləğvi ilə bağlı müvafiq şərtlər yaradıla bilər. Biz Rusiya və Gürcüstan vətəndaşlarının xeyrinə əməkdaşlıq etmək və dost olmaq istəyirik", Lavrov deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...