İranın İsfahan əyalətində bir avtobusun dərəyə yuvarlanması nəticəsində 13 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İsfahanın Təcili Təbbi Yardım İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.
Bildirilib ki, əyalətin Xansar-Buin yolunda bir avtobus dərəyə yuvarlanıb. Onu qadın və 3-ü uşaq olmaqla 13 sərnişin həyatını itirib. Yaralananlar var. Yaralılar İsfahanın müxtəlif xəstəxanalarına çatdırılıblar.
Polis hadisənin səbəbini araşdırır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə