Nepalda daşqın və torpaq sürüşmələri olub 65 nəfər ölüb

Nepalda intensiv yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində azı 65 nəfər ölüb, onlarla insan itkin düşüb. Bu barədə "CNN" məlumat yayıb. SİA-nın verdiyi məlumata görə, yerli polis 30 nəfərin itkin düşdüyünü bildirir.

Dağıntıya ən çox məruz qalmış rayonlarda axtarış və xilasetmə əməliyyatları aparılır, Nepal ordusu səfərbər edilib.

Ölkədə yağışlar cümə axşamından başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...