Türkiyədə on nəfəri sel aparıb

İyunun 18-də güclü sel və daşqınlar Türkiyənin müxtəlif bölgələrində ağır faciə və fəsadlar yaradıb.

SİA "sozcu.com.tr" saytına istinadən xəbər verir ki, ən ağır nəticələr Trabzonda baş verib. Bildirilir ki, bu bölgədə 10 nəfəri sel aparıb. Trabzon valisi İsmayıl İstaoğlu bildirib ki, onlardan 6-sının meyiti tapılıb. Dörd nəfərin axtarışı davam edir. Güclü daşqın axtarış işlərini çətinləşdirib. Vilayət rəhbərliyi hökumətdən xilasedici işlərə əlavə qüvvə, o cümlədən helikopterlər istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə