İran Misir xalqına başsağlığı verib

İran Misirin sabiq prezidenti Məhəmməd Mursinin ölümünə görə bu ölkə xalqına və mərhumun ailəsinə başsağlığı verib. SİA-nın verdiyi xəbərə görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü məlumat verib.

İran XİN rəsmisi Misirin seçkilər yolu ilə hakimiyyətə gəlmiş ilk demokratik prezidenti Mursinin ölümünə görə təəssüfləndiyini və ölkəsi tərəfindən Misir xalqı və mərhumun ailəsinə başsağlığı çatdırdığını deyib.

Qeyd edək ki, bundan öncə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və Qətərin əmiri Təmim bin Həmd Ali-Sani də Məhəmməd Mursinin ölümünə görə başsağlığı veriblər.

67 yaşlı Məhəmməd Mürsi ötən gün məhkəmə zalında kəskin ürək çatışmazlığından vəfat edib.

Məhəmməd Mursi 2012-ci ildə seçkilər yolu ilə prezident seçilsə də bir il sonra hərbçilərin çevrilişi ilə devrilib və həbs edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...