İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə iki əsas namizədin canlı yayımda debatı olub

İstanbul Böyükşəhər bələdiyyəsi sədrliyinə namizədlər Binəli Yıldırım ilə Əkrəm İmamoğlu canlı yayımda debata çıxıblar.

SİA xəbər verir ki, təxminən iki saat davam edən debatda tərəflər mart 31-də keçirilmiş seçkilərdə İstanbulda səsverməsinin ləğv edilməsinin səbəbləri, seçki vədləri, ictimaiyyəti düşündürən problemlər, iqtisadi layihələr, işsizliyin aradan qaldırılması və digər məsələlərlə bağlı aparıcının suallarını cavablandırıblar. Namizədlər, həmçinin bir-birilərinə suallar da ünvanlayıblar.

Qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi Binəli Yıldırım “Cümhur ittifaqı”nın, Cümhuriyyət Xalq Partiyasının (CHP) təmsilçisi Əkrəm İmamoğlu isə “Milliyyət ittifaqı”nın namizədidir.

Debat bir sıra televiziya kanalları və xəbər agentlikləri tərəfindən canlı yayımlanıb.

Qeyd edək ki, martın 31-də keçirilmiş bələdiyyə seçkilərində İstanbul Böyükşəhər bələdiyyəsinin sədri vəzifəsinə səsvermənin nəticələri AKP-nin iddiası əsasında Türkiyə Ali Seçki Komissiyasının qərarı ilə ləğv olunub. Təkrar səsvermə iyunun 23-də keçiriləcək.

Canlı yayımın ən maraqlı anı sonda yaşanıb. Debatın ardından hər iki namizəd ailələri ilə birlikdə xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...