Meksikada qanunsuz miqrantlarla dolu yük maşınları saxlanılıb

Meksika hüquq-mühafizə orqanları, gövdəsində 800 nəfərə yaxın qanunsuz miqrant olan 4 yük maşınını saxlayıb.

SİA xarici kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, hadisə Verakrus ştatında baş verib.

Miqrantlar federal polisi tərəfindən həyata keçirilən birgə əməliyyat zamanı saxlanılıb. Hər yük maşınında 200 nəfərə yaxın miqrant olub.

Bütün xəbərlər Facebook səhifəmizdə