Argentina və Uruqvayda elektrik enerjisi kəsilib

Argentina və Uruqvayın enerji təchizatında problemlər yaranıb. Hər iki ölkədə elektrik enerjisi kəsilib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Argentinanın elektrik enerjisi distribüteri "Edesur" şirkətinin sosial şəbəkəsində məlumat yayılıb.

“Enerji təchizatı sistemində baş verən böyük nasazlıq Argentina və Uruqvayı elektrik enerjisiz qoyub. Əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...