Oman körfəzində ABŞ-İran münasibətləri gərginləşib: tərəflər bir-birini ittiham edir

ABŞ-ın kəşfiyyat təyyarəsi Oman körfəzində uçuşlar keçirir.

SİA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ mərkəzi komandanlığının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, İran və ərəb kütləvi informasiya vasitələri bu gün bildiriblər ki, Oman körfəzində iki neft tankerinə - “Front Altair” və “Kokuka Courageous” tankerlərinə hücum olub. Məlumata görə, hər iki gəminin göyərtəsindəki ekipaj üzvləri İran ərazisinə evakuasiya edilib.

Həmçinin bildirilib ki, “Kokuka Courageous” tankerini tərk edən 21 dənizçi hal-hazırda ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus “Bainbridge” hərbi gəmisində məskunlaşıblar. ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus R-8 təyyarəsi də həmçinin, havadan onları müdafiə edir.

ABŞ komandanlığının fikrincə, tankerlərə hücum olub və partlayış səslərinin ardından yanğın olub. Lakin hadisənin baş verməsinin rəsmi səbəbi açıqlanmır.

Tankerlərdən birinin sahibinin fikrincə, “Front Altair” tankerində 11 Rusiya vətəndaşı olub və onlardan heç biri xəsarət almayıb. Rusiya Federasiyasının Tehrandakı səfirliyindən bildiriblər ki, Oman körfəzində iranlılar tərəfindən xilas edilən 11 nəfərdən 10-u kişi, biri isə qadındır.

Bütün xəbərlər Facebook səhifəmizdə