5,6 ballıq zəlzələ körfəz ölkələrini silkələdi

Benqal körfəzində yerləşən Andaman və Nikobar adaları yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. SİA RİA Novosti saytına istinadla xəbər verir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə, episentri isə Hindistanın Bambu Flət yaşayış məntəqəsindən 243 kilometr şimalda yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə