Yaponlar ABŞ pilotlarının gözlərinə lazer salırlar ETİRAZ

Yaponiyanın hüquq-mühafizə orqanlarının paytaxt prefekturası yerli sakini saxlayaraq, onu İokota hərbi bazasından havaya qalxan ABŞ HHQ-nə məxsus nəqliyyat təyyarənin pilotunun gözünə lazer işığı salmaqda ittiham ediblər. SİA xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi yazıb.

“Məlumata görə, artıq günahını boynuna almış 60 yaşlı kişini bir neçə analoji insident yaratmaqda şübhəli bilirlər”, yazan xəbər agentliyi əlavə edib ki, təkcə ötən il ərzində ABŞ HHQ-nə məxsus baza ətrafında 40 bənzər hadisə qeydə alınıb. Onlardan sonuncusu fevral ayında baş verib. Həmin vaxt amerikalı pilotlar məşq uçuşlarını yarıda qoyaraq, bazalarına geri dönmək məcburiyyətində qalıblar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə