"Ukrayna Krımı qaytaracaq" Zelenski

Ukraynada seçilmiş prezident Vladimir Zelenski "Facebook"da Ukraynanın Krımı qaytaracağına inandığını yazıb.

"İnanıram ki, Krım tatarlarının vətənini işğaldan azad edəcəyik. Krımın qaytarılması yolu nə qədər uzun olursa-olsun, bu yolu krımlılarla (Krım tatarları) birlikdə keçəcəyik ", - Zelenski bildirib.

SİA "RT"yə istinadla xəbər verir ki, daha əvvəl Zelenski, Donbass və Krım sakinləri üçün sülh mesajı yayımlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə