Niderland Baş naziri Zelenski ilə təyyarə qəzasını müzakirə edib

Niderlandın Baş naziri Mark Rütte Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski ilə telefon danışığında onu ölkədə keçirilmiş prezidenlik seçkilərinin qalibi olması münasibətilə təbrik edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Mark Rütte Donbas üzərində qəzaya uğramış Malayziyaya məxsus Boeing təyyarəsinin istintaqının davam etdirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, 17 iyul 2017-ci il tarixində Malayziyaya məxsus Boeing təyyarəsi Amsterdamdan Kuala-Lumpur şəhərinə gedərkən Donetsk üzərində raketlə vurulmuşdu. Təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olmuşdu. Rəsmi Kiyev bu hadisədə Donetsk könüllülərini ittiham etsə də qondarma qurumun nümayəndələri məsuliyyəti öz üzərlərindən ataraq bu cür yüksəklikdə uçan təyyarəni vurmaq üçün lazımi texniki vasitələrə malik olmadıqlarını bəyan etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə