ABŞ bütün dövlətləri Rusiya təyyarələrinin Venesuelaya yolunu kəsməyə çağırıb

ABŞ bütün dövlətləri Malta kimi hərəkət etməklə Rusiya təyyarələrini Venesuelaya ötürməməyə çağırıb.

SİA-nın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu məlumatı ABŞ dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus özünün Twitter səhifəsində yayıb.

Bu arada, Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, hazırda Rusiyadan Venesuelaya uçan iki təyyarə Maltanın hava limanındadır. Rusiya dövləti Maltadakı səfirliyi vasitəsilə yük və sərnişinlərlə dolu təyyarələrin uçuşuna icazə istəsə də ada dövləti rəsmiləri hər hansı şərh vermədən bundan imtina ediblər.

Rusiya XİN-də bildiriblər ki, bu hal iki ölkə arasındakı ikitərəfli münasibətlərə təsirsiz ötüşməyəcək.

Qeyd edək ki, Venesuelaya tətbiq olunan maliyyə və iqtisadi sanksiyalar səbəbindən ölkədə ciddi böhran hökm sürür.

Bütün xəbərlər Facebook səhifəmizdə