ABŞ-da yenə atışma: 5 nəfər həlak olub

İllinoys ştatının (ABŞ) Avrora şəhərində atışma baş verib. Hadisə nəticəsində 5 mülki şəxs həlak olub, 5 polis işçisi müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhər polis idarəsinin rəisi Kristen Zimanın sözlərinə görə, 5 nəfəri güllələmiş 45 yaşlı Hari Martin polislərlə atışma zamanı öldürülüb. SİA Amerika mətbuatına istinadla xəbər verir ki, atışma “Henry Pratt” şirkətinin Çikaqodan 40 mil qərbdə yerləşən anbarında baş verib. Zimanın sözlərinə görə, yerli vaxtla saat 1:24-də 911 xidmətinə bu hadisə barəsində zəng daxil olub. 4 dəqiqədən sonra Avrora polisləri hadisə yerinə gəliblər. Polis rəisi qeyd edib ki, polislər hadisə yerinə gələndə onlara atəş açılıb.

Xüsusi təyinatlı dəstənin üzvləri anbar binasına daxil olandan sonra Martin tapılıb və zərərsizləşdirilib. O, odlu silah yaralarından elə yerindəcə keçinib.

Polis onu da bildirib ki, Martinin bu əməlinin motivi hələ aydın deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...