Meksikada partlayışın qurbanlarının sayı 91-ə çatıb

Meksikanın İdalqo şəhərində boru kəmərinin partlaması nəticəsində baş verən yanğından ölənlərin sayı 91 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan əvvəl 89 nəfərin öldüyü bildirilirdi.

Məlumata görə, yaralılardan 50 nəfərinin vəziyyətinin ağır olması ölənlərin sayının artmasına səbəb ola bilər.

Xatırladaq ki, partlayış və yanğın yanvarın 18-də baş verib. Həmin ərazidə çoxlu insan olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə